gundemxeber.az xəbər verir ki, Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı geniş material yayımlanıb.
Xarici İşlər Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib.
Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb.
Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?