GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tanınmış pəhləvan şəhid ailəsinə qarşı dələduzluq edib - ŞİKAYƏT+VİDEO

Tanınmış pəhləvan şəhid ailəsinə qarşı dələduzluq edib - ŞİKAYƏT+VİDEO

Tarix: 3-07-2018, 17:25 Bölmə :Cəmiyyət Baxış: 483
Tanınmış pəhləvan şəhid ailəsinə qarşı dələduzluq edib - ŞİKAYƏT+VİDEO


Tanınmış pəhləvan Nurəddin Beyləqanlıya qarşı cinayət işi başlanıb. O, cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluqda ittiham olunur. İttihama səbəb onun müharibə veteranı, ikinci qrup əlil və şəhid qardaşı olan Alışov İlham və onun qonşusuna onların etibarından sui-istifadə edərək təxminən 20 min AZN ziyan vurması olub.

Azerbaycanrealligi.com saytı məsələ ilə bağlı İlham Alışovla əlaqə yaradıbdır. İ.Alışov ittihamda göstərilən hadisəni təsdiq edib: "Maşın almaq üçün Nürəddinə pul verdik. O zamanlar o, Almaniyadan maşın gətirirdi. Qonşumla ona 10 min 500 dollar, 500 avro, bir də 500 manat pul verdik. O maşını gətirmədi. Dəfələrlə bizə müxtəlif bəhanələr gətirirdi. Hadisə ilə bağlı Nərimanov rayon 18-ci polis bölməsinə şikayət etdik. Ona qarşı ittiham irəli sürüldü. Cinayət işi Nərimanov Rayon Polis İdarəsinə verildi. Daha sonra məhkəmə Nurəddin Beyləqanlı barəsində 1 ay 14 gün həbs qəti imkan tədbiri seçdi. O, Rusiyada olduğundan Beynəlxalq axtarışa verildi. Rusiyada onu tutub Azərbaycana gətirəndə vəkili Nərimanov Rayon Məhkəməsinin qərarından sonra Apelyasiya Məhkəməsinə şikayət etdi və Apelyasiya Məhkəməsi ona seçilmiş həbs qəti imkan tədbiri qərarını ləğv etdi. Bu qərardan bir neçə gün sonra onun özü polisə getmişdir. Hal-hazırda Nərimanov Rayon Polis İdarəsində həmin iş üzrə araşdırma istintaqı gedir."

Şikayətçi İlham Alışov bildirir ki, pəhləvan Nurəddin Beyləqanlı kimi tanınan şəxs təkcə onlara qarşı belə dələduzluq əməlləri törətməyib, çox sayda vətəndaşı da müxtəlif yollarla aldadıb. Belə ki, Nurəddin Almaniyadan 800-900 min kilometr sürülmüş, vaxtı keçmiş maşınları alaraq Türkiyəyə gətirir, orada maşının sürülmə kilometrajını 50 min-100 minə endirir, daha sonra vurulmuş maşınların rəngini dəyişdirərək Bakıya gətirir və vətəndaşlara satırmış. Maşın alan vətəndaşlar bir neçə gündən sonra bunu biləndə onları şantaj edərək təhdid etdirir, rayonlarda bir neçə dövlət tədbirləri zamanı özü ilə müxtəlif sənət adamları aparır. O, əvvəlcədən qiymət danışdığı insanların pulunu qaytarmır. İlham Alişov bildirir ki: "Özüm Qarabağ əliliyəm, qardaşım da 1992-ci ildə gedən döyüşlərdə şəhid olub. Məqsədim mənə Nurəddin Beyləqanlı tərəfindən dəymiş ziyanın ödəməsini təmin etməkdə köməklik göstərməyinizdir. Deyirlər ki, onun arxasında Bakı şəhər prokurorunun köməkçisi dayanıb. Buna görə də, mən baş vermiş hadisə ilə bağlı ölkə başçısına, Bakı səhər və Respubilka prokurorluğuna teleqramlar vurmuşam, vəziyyət barəsində məlumat vermişəm və bu məsələnin qanuni həllində yaxından iştirak etmələrini xahiş etmişəm. Axı mən də pulu kimdənsə borca almışdım, pul mənim deyildi, borc aldığım insan da hər gün evimə gəlib pulunu tələb edir. Mənim işim düzgün aparılmasa, bütün hüququ yollardan istifadə edərək mübarizəmi davam etdirəcəyəm. Çünki adam açıq-aşkar deyir ki, mənim arxamda adamım var, heç kim mənə bata bilməz. Arxasında adam olan şəxs bəyəm vicdanı unudub onu-bunu belə zalımcasına aldatmalıdır?"

Məsələ ilə bağlı Nurəddin Beyləqanlıyla əlaqə yaratmağa çalışdıq. Telefonuna zəng çatmadı və digər nömrəsinə zəng etdik. Bildirdilər ki, sabah sizinlə əlaqə saxlayacaq. Deyilən vaxtda əlaqə saxlamadıqlarından yenidən zəng vurduq. Bu dəfə telefona qızı cavab verdi və bildirdi ki, atası bir neçə saata bizimlə danışacaq. Yenə də zəng edən olmadı. Daha sonra dəfələrlə əlaqə yaratmağa çalışsaq da telefona cavab verən olmadı.

Araşdırmamız davam edir. Bir neçə gündən sonra şikayətçi İlham Alışovun hüquq-mühafizə orqanlarına videomüraciəti olacaq. Onu da saytımız vasitəsi ilə sizlərə təqdim edəcəyik.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Sonra mən eşitdim ki, onun çox adama borcu var" - Arif Əsgərovun oğlunun sürücüsü məhkəmədə ifadə verib

    "Sonra mən eşitdim ki, onun çox adama borcu ...

    19-03-2018, 12:53

  • 
  • Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi

    Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi ...

    13-11-2017, 14:30

  • 
  • 500 min manatlıq dələduzluqda təqsirləndirilən menecer apellyasiya şikayəti verib

    500 min manatlıq dələduzluqda təqsirləndirilən ...

    28-06-2017, 10:46

  • 
  • 22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə çıxarıldı

    22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə ...

    31-07-2015, 00:04

  • 
  • Nazirin qardaşına külli miqdarda pul “atıblar” - MƏHKƏMƏ

    Nazirin qardaşına külli miqdarda pul “atıblar” - ...

    14-06-2017, 18:29


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu