Dələduzluqda təqsirləndirilən Elxan İsrafilovun barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində keçiirləcək iclas iyunun 29-na təyin edilib. İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, E.İsrafilov Bakıda fəaliyyət göstərən quşçuluq fabrikində menecer kimi fəaliyyət göstərib. O, ayrı-ayrı vaxtlarda tanışlarının etibarından su-istifadə edərək, iş qurmaq adı ilə onlara qarşı ümumilikdə 500 min manat məbləğində dələduzluq edib.
E.İsrafilov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsrafilov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./report/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?