GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qəza olan stansiya haqda ilginc faktlar - təmirə xarici bankdan borc alınıbmış

Qəza olan stansiya haqda ilginc faktlar - təmirə xarici bankdan borc alınıbmış

Tarix: 6-07-2018, 10:07 Bölmə :Cəmiyyət Baxış: 333
Qəza olan stansiya haqda ilginc faktlar - təmirə xarici bankdan borc alınıbmış

Enerji sistemində baş verən qəzalarla bağlı prezident İlham Əliyevin yanında keçirilən müşavirədə bir çox mühüm məqamlara toxunulub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxışında aktual bir təkliflə də çıxış edib: “Cənab prezident, mən orada müşahidə etdiyim məsələlərdə ən əsas gördüyüm odur ki, birincisi, bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır. Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa, tapşırığınıza əsasən bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir-birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanmasın”.

Prezident audit təklifini müsbət qarşılayaraq bildirib ki, qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır: “Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni qəza lokal xarakter daşısın. Bu, hesab edirəm ki, komissiyanın işində əsas istiqamət olmalıdır. Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır”.

Qeyd edək ki, qəzadan sonra bir çox mütəxəssislər “Azərbaycan” İES-in tamamilə ləğv edilməsini, yeni stansiyanın qurulmasını təklif edirlər. Energetika sahəsi üzrə mütəxəssis, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana görə, bu, qeyri-mümkündür: “Bu stansiyanın dayanması böyük fəsadlara gətirib çıxarar. Düzdür, orada 8 blokun hamısı eyni vaxtda heç zaman işləməyib. Ən azı 1 blok ehtiyatda saxlanıb. Mənim bildiyimə görə, orada 5 blok işləyib. Təxminən 1625 Mvt gücü olub. Stansiyanın dayandırılması şəraitində bu gücü əvəzləyəcək mənbələr yoxdur ölkədə. Bu baxımdan, əsas çıxış yolu stansiyada əsaslı təmir-bərpa işlərinin həyata keçirilməsidir. Orada əsas problem qızma halında açılmanı təmin edəcək sistemin, bir də soyutma mexanizminin işləməməsidir. Stansiyanın blokları 10 il əvvəl əsaslı təmir olunub. Avropa Yenidənqurma və İnkişaf Bankından 115 milyon dollar kredit alınıb, təmir işlərini Çin şirkəti həyata keçirib. 8 blokun hamısı təmir olunub”.
Ekspertin sözlərinə görə, Azərbaycanda 6,5 min Mvt generasiya gücü var: “Pik zamanlarda istehlak heç zaman 5 min Mvt-ı keçməyib. Yəni Azərbaycanda yeni generasiya gücünün yaradılmasına ehtiyac yoxdur. Lakin çox maraqlıdır ki, prezidenti yeni güclərə ehtiyacın olduğuna inandıra biliblər. Ötən həftə büdcəyə dəyişiklik olundu, 300 Mvt-lıq yeni stansiyanın tikintisi üçün ”Azərenerji"yə ilkin olaraq 81 milyon manat ayrıldı. Təsəvvür edin ki, 7 ildir “Azərenerji” Şimal DRES-də 400 Mvt-luq ikinci istilik elektrik stansiyasını başa çatdıra bilmir".

İ.Şaban deyir ki, Azərbaycanda əsas problem enerji sistemindəki idarəetmədədir: “Mingəçevirdəki SES, İES və Varvara SES sovet dövründə Gürcüstan və Azərbaycanın böyük metallurgiya kombinatlarının təchizatı üçün yaradılmışdı. Bakının təchizatı isə Rusiyadan həyata keçirilirdi. Müstəqillik əldə olunduqdan sonra bizimkilər Mingəçevirdən yüksək gərginlikli xətlər çəkərək bütün ölkəni bağladılar Mingəçevirə. Təsəvvür edin ki, Bakıda, Sumqayıtda qurulan yeni stansiyaların istehsal etdiyi enerjinin paylanması Mingəçevir üzərindən həyata keçirilir. Halbuki müasir idarəetmə proqramları var ki, qəza baş verən gücləri avtomatik sistemdən ayırır, başqa güclərdən təchizatı təmin edir. Yəni qəza olarkən istehlakçıların əhəmiyyətlilik dərəcəsinə görə şəbəkədən ayrılması həyata keçirilir. Bizdə bu sistem olmadığına görə bütün istehlakçıların təchizatı eyni anda dayanır. Ola bilsin ki, belə sistemin qurulması üçün vəsait ayrılıb, amma işlər qaydasında aparılmayıb deyə işləmədi. Bu hadisələr göstərdi ki, ”Azərenerji" bütün bu illər ərzində aldığı 6,5 milyard manatlıq investisiyanı yalnız yeni istehsal güclərinin yaradılmasına yönəldib. İllər boyu yandırdığı qazın, mazutun pulunu belə verməyiblər, SOSAR-a olan 1 milyard manatdan yuxarı borcu dövlət büdcəsinin hesabına silinib. Bu qədər güzəştlərin qarşılığında baş verənlər, sadəcə, biabırçılıqdır".

Ekspert hesab edir ki, “Azərenerji” tam və ya qismən özəlləşdirilməlidir: “Müasir idarəetmə sisteminin qurulması üçün 1 milyard manat vəsait lazımdır. Bu vəsaiti əldə etmək üçün ”Azərenerji"nin heç olmasa bir hissəsi özəlləşdirilməlidir. Yəni bu şirkət dövlətin boynunda oturmamalı, dövlətə xeyir gətirməlidir. Bundan əlavə, paylayıcı şəbəkə də özəlləşdirilməli, bu sahədə rəqabətli mühit yaradılmalıdır"./Yeni Müsavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Mingəçevir qəzasına görə sərəncam verdi - RƏSMİ

    Prezident Mingəçevir qəzasına görə sərəncam verdi ...

    3-07-2018, 15:27

  • 
  • Kəmaləddin Heydərov Mingəçevirdə müşavirə keçirdi

    Kəmaləddin Heydərov Mingəçevirdə müşavirə keçirdi ...

    29-11-2014, 22:26

  • 
  • Prezidentdən qətiyyətli mövqe: hamı sərt qərar gözləyir

    Prezidentdən qətiyyətli mövqe: hamı sərt qərar ...

    6-07-2018, 09:45

  • 
  • “Kim nə istəyirsə, qoy yazsın” – Kəmaləddin Heydərov yazılanlara reaksiya verdi

    “Kim nə istəyirsə, qoy yazsın” – Kəmaləddin ...

    8-12-2017, 20:45

  • 
  • Baş prokuror: “Azərenerji” tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb”

    Baş prokuror: “Azərenerji” tərəfindən rele ...

    5-07-2018, 13:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu