Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində bağban ev sahibinə ağır xəsarət yetirib və onun həyat yoldaşını öldürüb.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi 6-cı tağımının əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən “Range Rover” markalı avtomobilin sürücüsünün özünü şübhəli aparnası onların diqqətini çəkib.
Yol Polis əməkdaşları maşına “saxla” əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə “Range Rover”i saxlamaq mümkün olub.
Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar.
Maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.
Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağlr kimi qiymətləndiriblər. Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşalını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən bağlarında işləyən bağbandır.
Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə o məlum hadisəni törədib, daha sonra onları öz avtomobilləri ilə aparıb meyitlərini gizlətmək istəyib.
Faktla əlaqədar Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.
Qeyd edək ki, bağbanın ağır yaraladığı Şuşalı Arzu Məmməd oğlu tibb işçi olub, 2000-ci ildə ona "Azərbaycanın əməkdar həkimi" fəxri adı verilib./REPORT/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?