GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabirabad qarpızı bazarlardan yoxa çıxdı, qiymətlər də kəskin artdı - "FERMERLƏRƏ ŞƏRT QOYUBLAR Kİ..."

Sabirabad qarpızı bazarlardan yoxa çıxdı, qiymətlər də kəskin artdı - "FERMERLƏRƏ ŞƏRT QOYUBLAR Kİ..."

Tarix: 19-07-2018, 12:36 Bölmə :Cəmiyyət Baxış: 416
Sabirabad qarpızı bazarlardan yoxa çıxdı, qiymətlər də kəskin artdı - "FERMERLƏRƏ ŞƏRT QOYUBLAR Kİ..."


İyul ayının ortaları olsa da, bazarlarda hələ də qarpızın qiyməti enməyib. Satıcılar bu giləmeyvənin kiloqramını 60-70, hətta bəzi növlərini 1-1,5 manata təklif edirlər. Məsələn, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Setkalı bazar”da qarpızın kiloqramı 60 qəpikdir. Köhnəlmiş, görünüşü o qədər də xoşagələn olmayan qarpızları isə kiloqramı 50 qəpikdən almaq olar.

Marketlərdə də qiymətlər bazardan ciddi şəkildə fərqlənmir. Demək olar ki, əksər supermarketlərdə və meyvə-tərəvəz köşklərində qarpızın kilosu 60-70 qəpiyə satılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətin iki–üç dəfə baha olması deməkdir. Digər tərəfdən, küçələrdə əvvəllər addımbaşı rast gəldiyimiz qarpızla dolu yük maşınları da demək olar gözə dəymir. Satıcılar qiymət artımını elə bu amillə, məhsulun qıtlığı ilə əlaqələndirirlər.

Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən meyvə-tərəvəz mağazasının sahibi virtualaz.org-a deyir ki, bu mövsümdə satışa çıxarılan qarpızın çox az hissəsi Sabirabaddan gəlir. Rayonda indiyə qədər qarpız əkilən sahələrdə artıq fermerlər pambıq plantasiyaları salıblar.

“Hər il ən çox və ən keyfiyyətli qarpız Sabirabaddan gəlirdi, amma bu il demək olar ki, Sabirabad qarpızına rast gəlinmir. Bazarlara qarpız daha çox Bərdədən, Saatlıdan və başqa rayonlardan gəlir. Sabirabadda fermerlərə şərt qoyublar ki, sahələrinin ən azı yarısını pambıq plantasiyası eləsinlər. Kim pambıq əkməyə razılaşmırsa, ümumiyyətlə, qarpız da əkməyə qoymurlar. Ona görə də belə vəziyyət yaranıb. İllərlə qarpız əkən, bu işin peşəkarı olan adamlar qalıblar əliboş...”, - deyə adını söyləmək istəməyən həmsöhbətimiz bildirir.

Digər satıcı Məhəmməd Səfərov isə qiymətin yüksək olmasını məhsulun “Meyvəli” bazarından baha alınması ilə əlaqələndirir. Onun sözlərinə görə, kiloqramı 60 qəpiyə satdıqları qarpızı topdansatış mərkəzindən 50 qəpiyə alırlar: “700 kiloqram qarpız almışam, kiloqramını mənə 50 qəpikdən veriblər. Mən topdan aldığıma görə hələ ucuz veriblər, siz getsəniz 60 qəpikdən aşağı ala bilməzsiniz. Allaha and olsun ki, burada qazancım həmin 10 qəpikdir. Əgər onu da qazana bilsəm. Hər reysdə azı 7-8 qarpız kal çıxır, çünki qapalı məhsuldur, kim bilir içində nə var. Müştəri də vurub qoltuğuna qaytarır geri. Bunu da hesablasaq, bizə xeyirdən çox ziyan qalır”.

Bazardakı qarpız alverçiləri də məhsulun qıt olmasından şikayətlənirlər. Onların sözlərinə görə, qiymətlərin əhalinin cibinə uyğun olmaması onların da ziyanınadır: “Bollaşmayıb, ona görə bahadır. Baxın, bu bazarda cəmi iki yerdə qarpız satılır. Hər il Sabirabaddan tonlarla qarpız gəlirdi, ilin bu vaxtı demək olar ki, əksər meyvə-tərəvəz satanların piştaxtasında qarpız görərdin. Bol olduğuna görə kilosu 20 qəpik olurdu. Müştəri də alırdı, biz də qazanırdıq. İndi kilosu 60-70 qəpiyə heç kim yaxın gəlmir...”, - deyə satıcı Badam Xələfova bildirir.

Meyvə-tərəvəz mağazalarının birində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla da qarşılaşdıq. Və əlbətdə ki, dərhal söhbət builki qarpızların keyfiyyətindən düşür. E.Hüseynov məsləhət görür ki, nə ucuz, nə baha, ümumiyyətlə qarpız almasaq yaxşıdır. Çünki qarpızın tərkibində nitratın miqdarı normadan dəfələrlə çoxdur və onun təşkilatına əhalidən çoxsaylı belə şikayətlər daxil olur.
E.Hüseynov əlindəki nitratölçən cihazla elə mağazadaca bir neçə qarpızı yoxladı. Məlum oldu ki, qarpızın hər kiloqramına düşən nitratın miqdarı normadan iki dəfə çoxdur.

“Hər kiloqramda nitritin miqdarı normalda 60 mq olmalıdır. Amma bu qarpızda özünüz də gördünüz ki, 149 mq-dır. Bizim keçirdiyimiz reyd zamanı bundan daha acınacaqlı nəticələrlə qarşılaşdıq. Hətta “Yaşıl bazar” kiloqramına düşən nitritin miqdarı 300 mq olan qarpızlar da tapıldı. Bu isə çox təhlükəlidir. Əgər immuniteti yüksək olan adam bir sutka ərzində bundan təxminən 3 kiloqram yesə zəhərlənər. Zəif orqanizmi olan və ya qrip olan adam, o cümlədən azyaşlı bundan bir kiloqram yesə zəhərlənər. Az yedikdə zəhərlənmə verməsə belə, zəhərli maddələr oynaqlara yığılır”, - deyə AİB sədri bildirir.
E. Hüseynov deyir ki, qarpızın bol olmaması həm də istixanada yetişdirilən qarpızların bitməsi ilə əlaqədardır. Hələ bostanda yetişən məhsul çıxmadığından qarpız az tapılır və bu da qiymətin qalxmasına səbəb olur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bazarda qiymətlər enmək bilmir - REPORTAJ

    Bazarda qiymətlər enmək bilmir - REPORTAJ ...

    18-07-2013, 00:42

  • 
  • Yumurta ucuzlaşıb 7 qəpiyə düşdü

    Yumurta ucuzlaşıb 7 qəpiyə düşdü ...

    3-04-2017, 00:43

  • 
  • Bölgələrdə Yeni il öncəsi “qış möcüzəsi” (FOTO)

    Bölgələrdə Yeni il öncəsi “qış möcüzəsi” (FOTO) ...

    25-12-2013, 15:28

  • 
  • Bahalaşma bumu bölgələrə də çatdı - Reportaj

    Bahalaşma bumu bölgələrə də çatdı - Reportaj ...

    30-12-2013, 12:11

  • 
  • Maaşlar artmamış qiymətlər qalxdı

    Maaşlar artmamış qiymətlər qalxdı ...

    23-08-2013, 18:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu