GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xəzərin üstündə “Xəncər” daşıyan Rusiya qırıcıları uçur - TƏCİLİ

Xəzərin üstündə “Xəncər” daşıyan Rusiya qırıcıları uçur - TƏCİLİ

Tarix: 19-07-2018, 13:35 Bölmə :Cəmiyyət Baxış: 421
Xəzərin üstündə “Xəncər” daşıyan Rusiya qırıcıları uçur - TƏCİLİ


Rusiyanın hipersəs sürətli “Xəncər” raketləri daşıyan MiQ-31 qırıcıları Xəzər dənizi akvatoriyasının üzərində növbə çəkir. Virtualaz.org xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən “İnterfaks”a bildiriblər.

Məlumatda deyilir ki, “Xəncər” (“Kinjal”) kompleksi daşıyan qırıcılar strateji çəkindirmə tədbirləri çərçivəsində bu ilin aprel ayından Xəzər dənizi üzərində “planlı növbətçilik” həyata keçirir.

Hipersəs sürətli “Kinjal” raket kompleksi bu ilin mart ayında prezident Vladimir Putin tərəfindən ilk dəfə təqdim edilən supersilahlardan biridir. Bu, “İsgəndər” operativ-taktiki raketinin bazasında yaradılmış və 2 min kilometrdən çox uçuş məsafəli “hava-yer” tipli raketdir.

Rusiya həmin silahı təyyarədaşıyan gəmi qruplaşmasını sıradan çıxarmaq üçün işləyib hazırlayıb. Eyni zamanda raket yerüstü hədəflərə kifayət qədər uzaq məsafədən zərbə endirməyə də imkan verir və istənilən raketdən müdafiə sistemlərini dəf etmək imkanındadır. Çünki səsdən 10 dəfə iti uçur və bütün uçuş trayektoriyası boyu manevr edir. Raketin uçuş məsafəsi imkan verir ki, MiQ-31 qırıcısı rəqibin hava hücumundan müdafiə sistemlərinin fəaliyyət zonasına daxil olmadan "Xəncər"in buraxılışını həyata keçirsin və bazaya geri dönsün.
Rusiya Müdafiə Nazirliyi bundan əvvəl “Xəncər” daşıyan MiQ-31 qırıcılarının Cənub Hərbi Dairəsində döyüş növbətçiliyinə qəbul edildiyini açıqlamışdı. İndi isə dəqiqləşdirilir ki, bu raketləri daşıyan qırıcılar Xəzər dənizi akvatoriyası üzərində döyüş növbətçiliyi çəkir. Lakin silahlanmaya yeni qəbul edilən bu supersilahın nədən məhz Xəzər üzərində döyüş növbətçiliyinə daxil edildiyi məlum deyil, çünki bu rayonda Rusiyanın potensial rəqibi olan ABŞ-ın təyyarədaşıyan qruplaşması mövcud deyil.

Agentliyin digər məlumatına görə “Xəncər” raketlərinin Tu-22M3 uzaq məsafəli strateji bombardmançılarında da tətbiq edilməsi məsələləri işlənib hazırlanır. Bu barədə Rusiyanın Hava Kosmik Qüvvələrinin baş komandanının müavini Sergey Dronov “İnterfaks”a bildirib.

“Strateji aviasiyasının heyəti ilə birlikdə iyulun birinci ongünlüyündə “Xəncər” raketi ilə yerüstü və dəniz hədəflərinin vurulmasına dair praktiki fəaliyyətin sınaqdan keçirildiyi uçuş-taktiki təlimləri olub”-Dronov bildirib. Rusiya Müdafiə Nazirliyi bu təlimlərin görüntülərini də yayıb.

Rusiya Müdafiə Nazirliyi Putinin martın 1-də təqdim etdiyi supersilahlardan daha birini-“Avanqard” raket kompleksini də silahlanmaya qəbul etməyə hazırlaşır. Bu, 20 Max sürətlə uçan, ətrafında alov kürəsi yaradan və idarəedilən, istənilən mövcud və perspektiv raketdən müdafiə sistemini dəf etmək imkanında olan raket kompleksidir. Strateji təyinatlı raket qoşunlarının komandan müavini, general-mayor Sergey Poroskun bu gün keçirdiyi brifinqdə belə deyib. Öz növbəsində Müdafiə Nazirliyindən deyiblər ki, kompleks strateji təyinatlı raket qoşunlarının Orenburq vilayətində yerləşən Dombarovsk birləşməsində istismar olunacaq və artıq hazırlıqlar gedir. Bazada yeni raket kompleksini yerləşdirmək üçün binalar tikilir, köhnə binalar rekonstruksiya olunur, raketin istismarı və döyüş tətbiqi üçün zəruri şərait yaradılır. Nazirlikdən onu da deyiblər ki, “Avanqard” raketinin seriya istehsalı başlayıb.

“Bu qanadlı döyüş bloku qitələrarası məsafədə Max ədədini 20 dəfədən çox keçən sürətlə hərəkət edir. Onun raketdən müdafiə sistemləri tərəfindən tutulması mümkün deyil”-nazirlikdə deyiblər.

Rusiyanın bu yeni supersilahları Qərblə hərbi sahədə strateji tarazlığı birincinin xeyrinə dəyişir və həmin silahların sayəsində Rusiya qlobal supergücə çevrilməyi nəzərdə tutur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin bəhs etdiyi fantastik silahlardan biri Arktikada partlayıb

    Putinin bəhs etdiyi fantastik silahlardan biri ...

    6-03-2018, 17:31

  • 
  • Rusiya nüvə müharibəsi ilə hədələdi, raketlər meşələrdən çıxarıldı - FOTOLAR

    Rusiya nüvə müharibəsi ilə hədələdi, raketlər ...

    6-02-2015, 23:10

  • 
  • Rus qırıcıları Ermənistan səmasında

    Rus qırıcıları Ermənistan səmasında ...

    29-04-2016, 17:48

  • 
  • Rusiya Ermənistana "İsgəndər-M" raketləri verdiyini təsdiqlədi

    Rusiya Ermənistana "İsgəndər-M" ...

    19-09-2016, 12:10

  • 
  • Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi

    Azərbaycanın erməniləri qorxuya salan qanadlı ...

    9-07-2018, 12:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (83)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu