GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiya nüvə müharibəsi ilə hədələdi, raketlər meşələrdən çıxarıldı - FOTOLAR

Rusiya nüvə müharibəsi ilə hədələdi, raketlər meşələrdən çıxarıldı - FOTOLAR

Tarix: 6-02-2015, 23:10 Bölmə :Ölkə Baxış: 0
Rusiya nüvə müharibəsi ilə hədələdi, raketlər meşələrdən çıxarıldı - FOTOLAR

Bu həftə Rusiya özünün strateji təyinatlı raket qoşunlarının görünməmiş miqyasda manevrlərinə başlayıb.

gundemxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki , manevrlərdə 7 min hərbçi və 700 vahidə qədər hərbi texnika, o cümlədən qitələrarası ballistik nüvə raketlərini daşıyan mobil platformalar iştirak edir. Manevrlər iki həftə davam edəcək.

Manevrlər çərçivəsində Rusiyanın iki regionunda “Yars” və “Topol” nüvə raketləri öz anqarlarını tərk edib. Habelə Tversk, İvanovo, Kirov vilayəti və Altay diyarında sıx meşələrdəki məxfi bazalarını tərk edən raket platformaları xüsusi marşrut üzrə təyinat nöqtələrinə hərəkət edirlər.

Strateji təyinatlı raket qoşunlarının komandanlığının nümayəndəsi polkovnik İqor Yeqorov deyib ki, manevrlərin birinci mərhələsində mobil platformalar qış vaxtı üçün nəzərdə tutulmuş döyüş növbəsi müddətindən iki dəfə artıq müddət ərzində patrul həyata keçirəcəklər. “Hazırda ölkənin 6 regionunda “Topol”, “Topol-M” və “Yars” ballistik raketlərini daşıyan komplekslər səhra mövqelərində artırılmış müddətlərlə döyüş növbəsini həyata keçirir. Raketlər Tversk, İvanovo, Kirov, İrkutsk vilayətlərində, habelə Altay diyarında və Mari El respublikasında döyüş növbəsindədir”-polkovnik bildirib.

Rusiya nüvə müharibəsi ilə hədələdi, raketlər meşələrdən çıxarıldı - FOTOLAR

Təlimlərin ssenarisinə görə İrkutsk vilayıtində “Topol” raketləri ilə təchiz edilmiş nüvə birləşməsinin manevrinə mane olmaq və raketlərin döyüş mövqeyinə çıxarılmasını əngəlləmək üçün düşmənin diversiya qrupu raketlərin hərəkət marşrutunda körpünü partladır. Xüsusi təyinatlılar düşmənin diversiya qrupunu məhv edir və mexanikləşdirilmiş mühəndis birləşmələri nüvə raketi daşıyan platformanın keçidi üçün körpü yaradır.

Rusiyanın strateji təyinatlı raket qoşunlarının arsenalının yarıdan çoxunu mobil platformalar üzərində daşınan “Topol” və “Topol-M” raketləri, habelə “Yars” raketi təşkil edir. Hələ SSRİ dövründə işlənib hazırlanmış nüvə doktrinasına əsasən Rusiyanın ballistik nüvə raketləri mobil platformalar üzərində tez-tez yerini dəyişir. Nəticədə düşmənin həmin raketlərin yerini müəyyən edib onu uçuşa başlamadan start meydançasında məhv etmək imkanı olmur. Əlbətdə, “MAZ” maşınlarının bazasında yığılmış və nüvə raketi daşıyan nəhəng platformaları Rusiyanın adi şose yollarında hərəkət edərkən görmək mümkün deyil. Bu platformalar üçün əsasən sıx meşələrin içindən keçən ayrıca yollar çəkilib, o cümlədən dəmiryol platformaları üzərində daşınan nüvə raketləri Rusiyanın ucqarlarından tutmuş mərkəzi regionlarına qədər xüsusi dəmir yollarında hərəkətdə olur.

Rusiya nüvə müharibəsi ilə hədələdi, raketlər meşələrdən çıxarıldı - FOTOLAR

“Topol” raketi 550 kilotonluq termonüvə başlığını 10 min kilometr, modernləşdirilmiş “Topol-M” raketi ilə eyni gücdə nüvə başlığını 11 min kilometr məsafəyə çatdıra bilir. Həmçinin “Topol-M” döyüş başlığının konstruksiyası ilə fərqlənir, bu raketlər uçuş zamanı verilmiş kurs və hündürlük üzrə manevr edə bilir. Nəticədə düşmənin raketdən müdafiə sistemi üçün onu “tutmaq” qat-qat çətinləşir.

Rusiyanın strateji təyinatlı nüvə raketlərinin genişmiqyaslı manevrlərini keçirməsi Ukraynaya örə Qərblə yaşanan qarşıdurma fonunda baş verir. Ukrayna ətrafında vəziyyət gərginləşəndən sonra Rusiyanın strateji nüvə bombardmançıları müntəzəm olaraq NATO ölkələrinin, o cümlədən ABŞ və Böyük Britaniyanın hava hüdudları yaxınlığında uçuşlar keçirir. Bu günlərdə isə Rusiyanın nüvə raketləri daşıyan nəhəng Tu-95M strateji bombardmançısı La Manş boğazı üzərində uçmuşdu. Habelə Rusiyanın nüvə raketləri daşıyan sualtı qayıqları tez-tez ABŞ və digər NATO ölkələrinin sahillərində üzür. Bütün bunlar NATO-da Rusiyanın nüvə təhdidləri ilə bağlı narahatlıqları ciddi şəkildə artırıb. Fevralın 12-də NATO-nun nüvə silahına malik ölkələrinin müdafiə nazirləri növbədənkənar toplantı keçirərək Rusiyanın nüvə təhdidlərini müzakirə edəcəklər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ABŞ nüvə raketlərini niyə Rusiyaya tuşlayıb...

    ABŞ nüvə raketlərini niyə Rusiyaya tuşlayıb... ...

    25-01-2014, 14:27

  • 
  • Rusiya ən böyük nüvə həmləsini etdi - 16 raket atıldı

    Rusiya ən böyük nüvə həmləsini etdi - 16 raket ...

    7-03-2016, 14:18

  • 
  • Vladimir Putin şəxsən 4 ballistik raket buraxdı

    Vladimir Putin şəxsən 4 ballistik raket buraxdı ...

    27-10-2017, 12:08

  • 
  • Rusiya nüvə arsenalını gücləndirir, yeraltı hərbi obyektlərini modernləşdirir - Qərb mətbuatı

    Rusiya nüvə arsenalını gücləndirir, yeraltı hərbi ...

    15-12-2017, 11:47

  • 
  • Xəzərin üstündə “Xəncər” daşıyan Rusiya qırıcıları uçur - TƏCİLİ

    Xəzərin üstündə “Xəncər” daşıyan Rusiya ...

    19-07-2018, 13:35


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu