GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ​Düşmənin yeni Qarabağ oyunu: həm Rusiyaya güvənir, həm də...

​Düşmənin yeni Qarabağ oyunu: həm Rusiyaya güvənir, həm də...

Tarix: 24-07-2018, 21:16 Bölmə :Cəmiyyət Baxış: 424
​Düşmənin yeni Qarabağ oyunu: həm Rusiyaya güvənir, həm də...


Ermənistan rəhbərliyinin konfliktlə bağlı ikili siyasəti yeni situasiya yaradıb; israilli hərbi-siyasi ekspert: “Silahlarımız Azərbaycana Ermənistana qarşı müharibədə kömək edəcək...”

Xəbər verildiyi kimi, erməni baş nazir Ter-Petrosyanla görüşdə “Qarabağın statusuna qarşılıq olaraq ərazilərin qaytarılması” düsturu haqqında danışdıqlarını deyib və növbəti dəfə radikal mövqe sərgiləyərək, Azərbaycanın güzəştə getməli olduğunu iddia edib.
“Biz nədən Ermənistanın güzəştə getməli olduğunu müzakirə edirik? Niyə yalnız biz özümüzdən danışırıq. Biz Azərbaycanın güzəştə hazır olduğu mesajını alan kimi güzəştin mahiyyətini müzakirə edəcəyik və xalqı buna hazırlayacağıq”, - deyə o bildirib.
Paşinyan həmçinin Ter-Petrosyanla görüşdə ümumi müzakirələr apardıqlarını söyləyib: “O, mənə Qarabağ münaqişəsi ilə bağlı faydalı hesab etdiyi bəzi məlumatları verdi. Lakin münaqişə ilə bağlı mövqeyini bildirmədi”.
Yəni Ter-Petrosyan da əslində narahatdır ki, N.Paşinyan Qarabağ məsələsi ilə bağlı nə edəcəyini bilmir. Problemin qalması isə Ermənistan üçün inkişaf şansının olmaması deməkdir. Elə Levon Ter-Petrosyanın özü dəfələrlə Ermənistanın dövlət kimi gələcəkdə varlığının Qarabağ münaqişəsinin həllindən asılı olduğu fikrini dilə gətirib. Ermənistanın başında duran qüvvələr bu gerçəyi anlayıb Azərbaycanla dil tapmayınca oradakı hakimiyyət dəyişikliklərinin də, “məxməri inqilab”ların da əhəmiyyəti olmayacaq. Çünki sülhün yeganə alternativi müharibə daim qapını kəsdirəcək.

*****
Şübhəsiz ki, Azərbaycan bu perspektivi heç vaxt olmadığı qədər ciddiyə alır və əlverişli məqamı gözləyir. Belə bir fürsət yetişənədək isə o, öz ərazilərini güc yolu ilə azad etməyə qadir, döyüş və qələbə qabiliyyətli ordusunu daha da gücləndirəcək. Vaxtaşırı qardaş Türkiyə ilə birgə keçirilən hərbi təlimlər də eyni hədəfə hesablanıb.
Yeri gəlmişkən, ötən həftəsonu Azərbaycanın müdafiə naziri Zakir Həsənov bir daha silahlı qüvvələrimizin döyüş hazırlığının artırılması üzrə tapşırıq verib. Belə ki, Mərkəzi Komanda Məntəqəsində Zakir Həsənovun rəhbərliyi altında nazirliyin rəhbər heyətinin iştirakı, həmçinin videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmə komandirlərinin cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, keçirilmiş təlimlər, komandanlar və komandirlərin məruzələri, habelə qoşunların hərtərəfli fəaliyyətinin yoxlanılmasının nəticələri əsasında cəbhə bölgəsindəki və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edən müdafiə naziri müvafiq göstərişlər verib. Gizli idarəetmə və maskalanmanın tələblərinə ciddi riayət etməklə ehtimal olunan döyüş əməliyyatları istiqamətlərində qüvvə və vasitələrin vaxtında cəmləşdirilməsi məqsədilə nazir qoşunların operativliyinin, döyüş hazırlığının, bölmələrin, birləşmələrin yüksək manevrlik və dəqiq qarşılıqlı fəaliyyətinin artırılması üzrə tapşırıqları müəyyən edib.
Müşavirə zamanı habelə ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması, həmçinin qoşunların fasiləsiz və hərtərəfli təminatı ilə əlaqədar göstərişlər verilib.

*****
Azərbaycan eyni zamanda öz ordusunun müasir döyüş sistemləri ilə təchiz edilməsi istiqamətində gərəkən addımları atmaqdadır. İsraillə hərbi əməkdaşlıq bu xüsusda mühüm önəm daşıyır. Bu da səbəbsiz deyil. Çünki İsrail hərbi texnologiyalar sahəsində faktiki, ən öncül yerə çıxıb. Bu yaxınlarda Azərbaycanın Hərbi Sənaye Nazirliyi ilə İsrailin “Aeronautics” şirkəti arasında imzalanan sənəd - niyyət protokolu ikitərəfli hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun təsdiqi sayıla bilər. Sənəd işğalçı Ermənistanın qorxulu röyası olan Pilotsuz Uçan Aparatların (PUA) yeni növünün birgə istehsalını nəzərdə tutur.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə danışan İsrailin Moskvadakı sabiq konsulu, daxili təhlükəsizlik nazirinin keçmiş müşaviri, hərbi-siyasi icmalçı Aleks Veksler deyib.
“İsrailin pilotsuz aparatları çox effektlidir. Azərbaycanla bizim qarşılıqlı etimada əsaslanan əlaqələrimiz ona gətirir ki, biz öz dostumuzla texnologiyalarımızın yeniliklərini və silahlarımızı bölüşürük. Azərbaycan bizim dostumuzdur - həm də uzun müddətə. Heç bir şübhə yoxdur ki, ikitərəfli əlaqələrimiz bundan sonra hərbi planda da inkişaf edəcək. İsrailin pilotsuz aparatları Azərbaycana Ermənistana qarşı müharibədə kömək edəcək”, - deyə o qeyd edib.
İsrail PUA-larının hansı ölkələrinə tədarük olunduğuna gəlincə, ekspert bu aparatların yalnız dost ölkələrə verildiyini diqqətə çatdırıb. “PUA-lar mülki və hərbi təyinatlı olur. Hərbi təyinatlıları yalnız İsrailə dost ölkələrə satmağa çalışırıq” - ekspert əlavə edib.

*****
Şübhə yox ki, Rusiya əngəl olmasa, Azərbaycan indiki hərbi göstəriciləri ilə də işğal altındakı ərazilərini qısa zamanda azad edə bilər. Bunu erməni tərəf yaxşı bilir. Ermənistanın qərbyönlü baş naziri Nikol Paşinyan da bunun fərqində olduğu üçün, açıq şəkildə Qərbə yaxınlaşma kursu götürməkdən çəkinir.
“Ermənistanın baş naziri Nikol Paşinyanın ”Rusiya Qarabağda müharibəyə imkan verməyəcək" bəyanatı indiki erməni rəhbərliyinin ikiüzlü siyasətindən başqa bir şey deyil". “Yeni Müsavat” xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Paşinyan hər vəchlə göstərmək istəyir ki, Ermənistan Rusiyanın strateji partnyoru olaraq qalır. Amma işdə onun komandası ölkəni fəal şəkildə NATO-ya aparır və Rusiya hərbi bazalarını ölkədən səs-küy yaratmadan çıxarmağa çalışır. Erməni KİV-ində, xüsusilə Paşinyanın xanımının nəzarəti altında olanlarda Rusiya hərbi bazaları hərbi qulluqçularının pislənməsi ilə bağlı azğın kampaniyaya baxmaq kifayətdir. Kampaniya Şirak vilayətindəki Pinak kəndi ərazisində təlimlər zamanı baş verən hadisədən sonra daha geniş vüsət alıb. Ehtimal ki, Paşinyan, Rusiya hərbçilərinə hücum edərkən əndazəni aşdığından qorxub, bu səbəbdən Rusiyaya xatırlatmağı qərara alıb ki, hələ də Moskva tərəfindən müdafiəyə ümid edir”, - deyə ekspert bildirib.
Mixaylov əmindir ki, Paşinyan Ermənistanı NATO-ya eyni yolla, - hansı ki, ora onunla qonşu olan respublika cəhd edir, - aparır. Və eyni zamanda Yerevanda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən hansısa dəstəyə ümid edirlər. “Bəli, Moskva Cənubi Qafqazda müharibədə maraqlı deyil. Amma erməni-Azərbaycan münaqişəsinə Rusiyanın münasibəti, hər şeydən əvvəl, Moskvanın milli maraqlarından qaynaqlanır. İstisna edilmir ki, müəyyən şərtlərdə Rusiya Qarabağ münaqişəsinin həllində Azərbaycanın gücə əl atacağını sakitcə müşahidə edəcək. Bu halda müharibə Azərbaycan ərazisində gedəcək və Rusiya da Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir, deməli, bu, KTMT-nın müdaxiləsinə səbəb ola bilməz”, - politoloq vurğulayıb.
Ekspertin fikrincə, Paşinyan uğursuz manevr etməyə çalışır: “Moskvada o, Rusiyanın, Brüsseldə isə Qərbin müttəfiqidir. Amma Ermənistanın real siyasi kursu tədricən Qərbin hərbi-siyasi blokuna daxil olmağa yönəlib”. Y.Mixaylov şübhə etmir ki, bu, Moskvaya yaxşı məlumdur.
“Paşinyanın mətbuat konfransındakı sözləri dolayısı etirafdır ki, Rusiya olmasa, Azərbaycan çoxdan torpaqlarını azad etmişdi”. Bu sözləri isə erməni baş nazirin son mətbuat konfransında dediyi ifadələrə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib (axar.az).

O, Paşinyanın ikitərəfli oynadığını deyib: “Həm Rusiyaya deyir ki, səninləyəm, məni qoru, həm də Qərbdən yardım istəyir. Əsl erməni xislətidir - hiyləgərlik, yalançılıq, xainlik nümunəsi. Amma Rusiya da, Qərb də bunu yaxşı anlayır. Təbii ki, Qərb Ermənistana yüksək məbləğdə yardımlar etməyə çəkinir. Çünki Rusiyanın nəzarətində və müharibə şəraitində olan ölkəyə Qərb investisiya qoymağa risk etməz. Eyni zamanda Rusiya da Paşinyanın ikitərəfli oyununu qəbul etmir. Hələlik Paşinyan Qərblə Rusiya arasında rəqs etməyə cəhd edir. Amma nə vaxta qədər?! Siyasət rəqqasları sevmir”.
Politoloq Paşinyanın Azərbaycanın güzəştə getməli olduğu ilə bağlı iddiasına da toxunub: “Onun bu iddiasının əlindən alınması üçün Azərbaycan Ordusu müəyyən əraziləri azad etməlidir. Bu halda artıq əraziləri işğalda saxlayan tərəfin ”üstünlük" iddiası darmadağın olacaq. Paşinyanın məlum güzəşt məsələsində istəyi köhnə düşüncədir: 5+2 rayonun azadlığı qarşılığında Dağlıq Qarabağın müqəddəratı. Bu isə qəbul edilə bilməz. Dağlıq Qarabağ ətrafında işğalda saxlanılan və Ermənistanın özünün də iddia etmədiyi 7 rayon Dağlıq Qarabağ müzakirəsində alver predmetinə çevrilə bilməz. 7 rayon heç bir şərt olmadan azad edilməlidir. Dağlıq Qarabağa isə Azərbaycan ərazi bütövlüyü çərçivəsində status və qarantiya məsələsini torpaqlar işğaldan azad edildikdən sonra müzakirə etməyə hazırdır. Başqa heç bir güzəşt ola bilməz".

*****
Gerçəkdən də, Azərbaycan ərazisinin 20%-ini işğal eləmiş Ermənistana hansı güzəşti edə bilər ki? Bizim düşmənə ən böyük güzəştimiz sülh anlaşması naminə işğal rejiminə dözməyimizdir. Ancaq bu, sonsuzadək də sürə bilməz. Bu mənada düşmənin yeni və hiyləgər Qarabağ oyunu, yəni həm Rusiyaya güvənməsi və ona minnət qoyması, həm də ondan qorxmağa başlaması əslində Azərbaycan üçün müəyyən fürsətlər də aça bilər...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni generaldan ilginc açıqlamalar

    Erməni generaldan ilginc açıqlamalar ...

    25-02-2013, 11:17

  • 
  • Levon Ter-Petrosyan: "Ermənistanı real iqtisadi fəlakət gözləyir"

    Levon Ter-Petrosyan: "Ermənistanı real ...

    14-10-2016, 01:17

  • 
  • Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı çıxdı

    Daşnaklar da Qarabağ səhvinə görə Paşinyana qarşı ...

    15-05-2018, 18:53

  • 
  • ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş

    ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş ...

    3-04-2014, 11:55

  • 
  • “Rusiya Laçını götürəcək, qalan əraziləri qaytaracaq”

    “Rusiya Laçını götürəcək, qalan əraziləri ...

    5-04-2014, 13:40


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu