Bakıda supermarketdən alınan şirniyyatın içindən çoxlu qurd çıxıb.
Lent.az-a müraciət edən Elza Ağayeva adlı paytaxt sakini iyulun 30-da Nərimanov rayonu Təbriz küçəsində yerləşən “Rahat” marketlər şəbəkəsinə məxsus “Mərkəz bazar” supermarketindən aldığı qablaşdırılmış şirniyyatın içindən çoxlu qurdun çıxdığını bildirib. Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı supermarketə müraciət etsə də, buna məhəl qoyulmayıb.
Elza Ağayeva qarşılaşdığı hadisə ilə bağlı çəkdiyi görüntüləri Lent.az-a təqdim edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?