İranın Ali dini lideri Əli Xamenei həbsdə olan müxaliflər - Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılma tələbini rədd edib.
Xamenei məsələ ilə bağlı açıqlamasında ölkədə daha böyük problemlərin olduğunu və hökumətin problemlərin aradan qaldırılmasında rol oynamalı olduğunu bildirib. Qeyd edək ki, bir müddət öncə İran Milli Təhlükəsizlik Ali Şurası 2011-ci ildən bəri ev dustaqlığında olan Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin dustaqlığının ləğvi barədə qərar qəbul edib. Qərarın təsdiqi üçün Xameneinin razılığı lazım idi. İran Prezidenti Həsən Ruhani də onların azadlığa buraxılması üçün müraciət etmişdi. Xatırladaq ki, 80 yaşlı Mehdi Kərrubi 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra hərəkatın əsas lideri kimi tanınan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərdlə eyni vaxtlarda tutulub. O, barəsində hər hansı bir məhkəmə qərarı olmadan ETTELAAT-ın birbaşa nəzarətində olan ev dustaqlığında saxlanılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?