“Rosselkhoznadzor” 3 il ərzində Rusiyaya gətirilən 26 min məhsulu məhv edib. Söhbət embarqo siyahısına düşmüş məhsullardan gedir. Bunlar əsasən, meyvə - tərəvəzlər, Polşa alması, Türkiyə pomidoru, eləcə də süd məhsullarıdır. Məlumatı İnterfaks yayıb.
2015-ci il avqustun 6-dan Rusiya prezidenti Vladimir Putin-in uyğun sərəncamı qüvvəyə minib. Bu yaxınlarda Putin ərzaq embarqosunun müddətini uzadıb. Bu tədbir Moskva Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Rusiyaya tətbiq olunmuş sanksiyalara cavab olaraq görülüb.
“Qara siyahı”ya Avropa İttifaqı ölkələri, ABŞ, Kanada, Avstraliya, Norveç, Albaniya, Monteneqro, İslandiya, Lixtenşteyn düşüb. Daha sonra Ukrayna da siyahıya salınıb.
Müfəttişlər Rusiya mağazalarında “qadağan olunmuş” ərzaq tapınca, hakimiyyət onu ictimai şəkildə məhv edir. Bu addıma etirazlar var, bu məhsulların ehtiyac içində olan vətəndaşlara pulsuz paylanmasına dair qanunun qəbulu tələb olunur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?