ABŞ vətəndaşları Rusiya prezidentinin “Maqnitsky siyahısı” na salınmasını təklif edir
gundemxeber.az ABŞ vətəndaşları hesab edir ki, əgər Rusiya prezidenti Vladimir Putin rusiyalı uşaqların amerikalılara övladlığa verilməsini qadağan edən qanun layihəsini imzalasa, “Maqnitsky siyahısı” na salınmalıdır. Dekabrın 21-dən Ağ evin rəsmi saytında qanun layihəsinə qarşı imza kampaniyası gedir. Söhbət sənədin qəbulunda əli olan rusiyalı deputatlara qarşı sansiyalar tətbiq edilməsindən gedir. Artıq 45 mindən çox imza toplanıb ki, bu ABŞ hökumətinin məsələyə baxması üçün kifayyətdir. Rusiyalı musiqiçi və ictimai xadim Andrey Makarevic prezidentə göndərdiyi açıq məktubda deyir ki, onun vicdanı övladlığa ğtürülə bilməyən yüzlərlə xəstə uşağın ölümnə bulaşacaq. Məktubda daha sonra deyilir ki, uşaq həyatından siyasi oyunlarda kart kimi istifadə etmık yolverilməzdir. Rusiyanın Dövlət Dumassı bu düzəlişi ABŞ-ın “Magnitsky aktı” na cavab olaraq qəbul edib. Sənədi sabah Federasiya şurası da müzakirə etməlidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?