GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda söküntü skandalı - istintaqa cəlb olunanların siyahısı böyüyə bilər

Bakıda söküntü skandalı - istintaqa cəlb olunanların siyahısı böyüyə bilər

Tarix: 1-09-2018, 09:34 Bölmə :Cəmiyyət Baxış: 384
Bakıda söküntü skandalı - istintaqa cəlb olunanların siyahısı böyüyə bilər


Paytaxtda qanunsuz adlandırılan obyektlərə icazəni BŞİH verib, amma bunun zərbəsi sahibkarlara dəyir; ekspert: “Məhkəmə qərarı olmadan hansısa obyektlərin sökülməsi, qeyri-qanuni adlandırılması tamamilə məntiqsiz yanaşmadır”

Bakı Şəhər İcra Hakimiyyətinə başçının müavini təyin olunan Eldar Əzizov fəaliyyətinə paytaxt ərazisində söküntülərlə başlayıb. Belə ki, icra hakimiyyəti Bakının yol kənarlarında, keçidlərdə, səkilərdə qeyri-qanuni tikilmiş və sakinlərin gediş-gəlişinə mane olan obyektlərin siyahısını hazırlayır. Tezliklə həmin obyektlərin söküntüsünə başlanacaq. Bildirilir ki, bu obyektlər qeyri-qanunidir və tikintini aparan sahibkarlar, Bakı Şəhər İcra Hakimiyyətindən və yaxud da yerli icra orqanlarından müvafiq icazəni almayıb, onlara bu barədə məlumat verməyiblər. Həmçinin qeyd olunur ki, bu obyektlərin heç bir sənədləri yerində deyil, ona görə də sökülməlidir.

Artıq Bakının bəzi yerlərində neçə obyekt sökülüb, tikintiyə yeni başlayanların isə qoyduqları bünövrə dağıdılıb. Öyrəndik ki, söküntü dalğası ilk olaraq Xətai rayonunu “vurub”. Belə ki, burada ötən günlər ərzində 7 obyekt sökülüb. Bu obyektlərin sökülməsinə əsas kimi bildirilib ki, tikililər gediş-gəlişə mane olublar. Ona görə də sökülməsi uyğun bilinib. “Ukrayna” dairəsinin yaxınlığında isə maraqlı hadisə baş verib. Belə ki, əvvəlcə sahibkara tikinti üçün icazə verilib, sahibkar obyektinin bünövrəsini qazıb, işlərə başlayıb. Obyektin divarlarını qaldıran zaman isə icra hakimiyyətinin nümayəndələri gəlib, tikilini qanunsuz hesab edib, bünövrəni dağıdıblar. Hazırda da ərazi qazılmış, dağılmış vəziyyətdədir.

Bundan əlavə, metronun “Əhmədli” stansiyasının yaxınlığında da bir neçə hasara alınmış yer var ki, orada da tikililərə sonradan icazə verilməyib və sahibkarın qaldırdığı divarlar sökülüb.

Məlumat üçün onu da qeyd edək ki, söküntü aparılan ərazilərdə xeyli sayda obyekt var. Həmin obyektlərin sahibləri ilə söhbətimiz zamanı onlar bildirdilər ki, icra hakimiyyəti bu tikililəri, obyektləri qanunsuz adlandıra bilməz:

“Çünki burada daşı-daş üstünə qoyduğumuz zaman icra hakimiyyətinin nümayəndələri, eləcə də MİS-in əməkdaşları, hətta digər qurumların nümayəndələri də bir-bir gəlib, nə tikilməsi ilə maraqlanırlar. Buradakı obyektlərin hamısının da müvafiq sərəncamı var. Heç bir obyekt sərəncamsız tikilə bilməz”.

Obyekt sahibləri bildirdilər ki, hər ay bütün müvafiq qurumlardan nümayəndələr gəlib yoxlama aparırlar. Onlar arasında Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də olur. Lakin indiyə qədər obyektin qeyri-qanuni olması ilə bağlı onlara kimsə nə isə deməyib. Maraqlı hal da budur ki, yeni obyektlərin tikintisinə verilən icazəni ləğv etməklə bərabər, köhnə obyektləri də sökürlər. Qeyri-qanuni adlandırdıqları üçün də sahibkarlara heç bir kompensasiya ödənilmir.

Ötən sayımızda da yazmışdıq ki, Bakı Şəhər İcra Hakimiyyətində sərəncam qalmaqalı yaşanır. Belə ki, rəsmi məlumatlara görə, sahibkar BŞİH-in saxtalaşdırılmış sərəncamı əsasında obyekt tikmək istəyib. Bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi də başlanıb...

Aprelin 21-nə qədər BŞİH-in başçısı Hacıbala Abutalıbov olub. Sahibkarlar bildirirlər ki, verilən sərəncamlarda birbaşa Abutalıbovun da imzası olub. Əgər belədirsə, o zaman H.Abutalıbovu da məsuliyyət gözləyirmi? Yəni Bakıda səkiləri tutan bu qədər obyektlərin, çayxanaların hamısı özbaşına, qanunsuzmu tikilib?

Hüquqşünaslar bildirirlər ki, bu kimi araşdırmaların sonunda Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri də cinayət məsuliyyətinə cəlb edilə bilər...

“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələlərdə hüquqi kazus yaranır:

“Sərəncamı hər hansı bir şəxs vermir. O, bunu dövlət adına verir və tutduğu vəzifənin ona verdiyi səlahiyyətlər çərçivəsində bunu edir. Həmçinin sərəncamın arxasında dayanan da şəxslər deyil, dövlətin qayda-qanunlarıdır. Qeyri-qanuni sərəncam anlayışı isə ancaq məhkəmə yolu ilə müəyyənləşdirilə bilər. Məhkəmə belə bir qərar verə bilər ki, Azərbaycan Respublikasının Konstitusiyasına və yaxud da hansısa qanunverici aktlarına uyğun olmayan sərəncam verilib. Həmin sərəncamı verən şəxs də dərhal məsuliyyətə cəlb olunmalıdır.

Azərbaycanda icra hakimiyyəti orqanlarında çox qəribə bir tendensiya var. İstər bölgələrdə, istərsə də Bakıda yeni təyin olunmuş icra başçısı özündən öncəki sərəncamları qeyri-qanuni elan edir. Bu cür halların dəfələrlə şahidi olmuşuq və oluruq. Regionlarda da bu, tez-tez baş verir. Hansısa rayona icra başçısı təyin olunan kimi həmin şəxs özündən əvvəlki icra başçısının sərəncamlarını qeyri-qanuni sayır. Bu, tamamilə dövlətçilik ənənələrinin kökündən çeynənməsi deməkdir. Çünki o sərəncama vurulan möhür dövlətindir, şəxsin deyil. Bakı şəhərində son zamanlar baş verən söküntülər isə heç bir məhkəmə qərarı olmadan aparılır. Məhkəmədə sübut olunmayıb ki, bu, qeyri-qanuni tikilidir və hər hansı bir formada şəhər infrastrukturuna ziyan vurur.

Belə olmadığı halda söküntü işlərini necə apara bilərlər? Məhkəmə qərarı olarsa, belə söküntülər yalnız kompensasiyanın ödənilməsi ilə həyata keçirilə bilər. Nə kompensasiyalar normal şəkildə ödənilir, nə də sahibkarın qoyduğu vəsait nəzərə alınmır. Bu da ümumi biznes mühitinə də çox mənfi təsir göstərir. İstər daxili, istərsə də xarici investor anlayır ki, qoyduqları vəsaiti sabah belə əməllərlə sıfıra salına, obyektlərini sökə bilərlər. Məhkəmə qərarı olmadan hansısa obyektlərin sökülməsi, qeyri-qanuni adlandırılması tamamilə məntiqsiz yanaşmadır”.

N.Cəfərli də bildirib ki, bu proseslərdə məntiqlə BŞİH-in keçmiş rəhbərliyi məsuliyyətə cəlb oluna bilər: “İzahat yoxdursa, bu, həm hüquqi, həm də siyasi məsuliyyət yaradır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsəd 3 ölkədə vuracaqları obyektlərin siyahısını açıqladı

    Əsəd 3 ölkədə vuracaqları obyektlərin siyahısını ...

    2-09-2013, 13:10

  • 
  • Eldar Əzizova 1 milyon manatlıq ittiham

    Eldar Əzizova 1 milyon manatlıq ittiham ...

    10-06-2013, 17:47

  • 
  • İcra hakimiyyətlərinə xəbərdarlıq edildi

    İcra hakimiyyətlərinə xəbərdarlıq edildi ...

    6-05-2014, 10:10

  • 
  • İcra başçısı komitə sədrinə qarşı...

    İcra başçısı komitə sədrinə qarşı... ...

    14-08-2013, 11:29

  • 
  • Bakıda 10 mindən çox ev söküləcək- Açıqlama

    Bakıda 10 mindən çox ev söküləcək- Açıqlama ...

    6-02-2014, 12:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu