Sumqayıtda “Şamo” firmasına məxsus obyektlər sökülüb. Firmanın rəhbəri Ağabala Şamıyev virtualaz.org saytına açıqlamasında bildirib ki, obyektlərin sökülməsi nəticəsində firmaya 1 milyon 50 min zərər dəyib. “Sülh küçəsi, 25-də firmaya məxsus iki bina yerləşirdi. Bundan əlavə, ərazidə tikinti materialları satılırdı. Lakin icra başçısı Eldar Əzizovun göstərişi ilə şəhər bələdiyyəsi obyektlərin sökülməsi iddiası ilə məhkəməyə müraciət etdi” - deyə sahibkar bildirib. Firma rəhbəri deyib ki, obyektlər 17 ildən artıqdır fəaliyyət göstərib: “Sənədləşdirmə aparılıb. Ərazinin yaxınlığından keçən elektrik xətlərinin altında, yəni xüsusi təhlükəli zonalarda sexlər fəaliyyət göstərir. Firmaya məxsus obyektlər sökülsə də sexlərin fəaliyyətinə icazə verilir”. A.Şamıyev icra başçısı ilə bağlı ölkə rəhbərliyinə şikayət ünvanlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?