GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İcra başçısı komitə sədrinə qarşı...

İcra başçısı komitə sədrinə qarşı...

Tarix: 14-08-2013, 11:29 Bölmə :Manşet Baxış: 973
İcra başçısı komitə sədrinə qarşı...
Eldar Əzizov heç kimə güzəştə getmək fikrində deyil; Gələn aydan «daş bazarı»ndakı obyektlərin söküntüsünə start veriləcək


Qəzetimizin ötən saylarında Sumqayıtda «daş bazarı» kimi tanınan ərazidə yerləşən obyektlərin söküləcəyi ilə bağlı xəbər vermişdik. Dünən əldə etdiyimiz bilgilərə görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) rəhbərliyi tərəfindən sökülmə əmri çıxarılan obyektlər arasında komitə sədrlərindən birinin qardaşının da böyük obyekti var. Mənbənin sözlərindən aydın olur ki, Sumqayıtın cənub girişinin bir neçə metrliyində yerləşən bu obyekt hazırda fəaliyyətini davam etdirsə də, ŞİH nümayəndələri buranı işlədən şəxslərə bir ay vaxt veriblər:
«Hazırda daş bazarındakı obyektlərin heç birinə mal gəlmir. İcra başçısı Eldar Əzizov sahibkarlara vaxt verib ki, əllərində olan malları satıb qurtarsınlar. Ancaq heç bir obyekt sahibi burdan getmək istəmir. Çünki onlar neçə ildir burda işləyirlər, yaxşı xeyir götürürlər və indiyə kimi özlərinə çoxlu sayda müştəri qazana biliblər. Yeni tikilən bazar əlverişsiz və gözdən-könüldən uzaq yerdə olduğundan heç kim ora getmək istəmir. Ancaq şəhər rəhbərinin qəti göstərişi var və vaxt tamam olan kimi burdakı bütün obyektlər dağıdılacaq. Həmin obyektlərin bir neçəsi isə vəzifəli şəxslərə məxsusdur. Bildiyimə görə, bazardakı ən böyük obyektin sahibi komitə sədrinin qardaşıdır. İki mərtəbədən ibarət olan tikinti materiallarının satışı mərkəzi bu yaxınlarda təmir edilib. Təxminən 300 min manata yaxın pul gedib. Sökülmə xəbərinin ortaya çıxması isə icra hakimi ilə komitə sədrini üz-üzə qoyub. Qardaşının obyektini qorumaq istəyən sədr şəhər rəhbərinə buranı sökməmək üçün müraciət etsə də, istədiyi cavabı almayıb. İcra başçısı bildirib ki, şəhərin cənub girişinin abadlaşması planına görə, ərazidə yerləşən bütün obyektlər sökülməlidir». Mənbə deyir ki, sentyabr ayından etibarən bazarın sökülməsinə başlanacaq: «Sahibkarlar istəsə də, istəməsə də obyektlərini itirməli olacaqlar. Artıq layihə hazırdır və buna uyğun olaraq mərhələli şəkildə işlər həyata keçiriləcək. Burdakı iş adamları təklif edilən yeni bazarla razılaşmaq məcburiyyətindədirlər. Əgər komitə sədri belə bu məsələdə nəyəsə nail ola bilməyibsə, adi sahibkarlar heç nə edə bilməyəcəklər. Hələ deyilənə görə, Saray qəsəbəsi ilə Sumqayıtı birləşdirən körpünün alt hissəsində fəaliyyət göstərən tikinti materiallarının satışı bazarı da ləğv oluna bilər. Təmir-tikinti işləri bu sahəyə də aid edilsə, o zaman həmin bazarı da sökəcəklər». Məlumatlı şəxs onu da qeyd edir ki, bu, komitə sədrinin şəhər rəhbərinə ikinci məğlubiyyətidir. Bundan əvvəl, daha doğrusu, icra hakimi Sumqayıta gəldiyi ilk vaxtlarda komitə sədri ilə başqa problem yaşamış və bu məsələdə də istədiyi sonluğu əldə edə bilməmişdi. Ən son məlumatlara görə, bazarı tərk etmək fikrində olmayan bir qrup sahibkar dünən günorta saatlarında Sumqayıt ŞİH-in binası önündə öz etirazlarını bildiriblər. Ancaq polisin müdaxiləsi ilə əraziyə toplaşan 10-a yaxın sahibkar burdan uzaqlaşdırılıb. Məsələ ilə bağlı ŞİH-lə əlaqə yaratmaq istəsək də, bütün cəhdlərimiz uğursuz alındı. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Elgün
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26

  • 
  • Eldar Əzizovun söküntü hazırlığı

    Eldar Əzizovun söküntü hazırlığı ...

    26-08-2013, 11:29

  • 
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33

  • 
  • Sumqayıtda Eldar Əzizov-Əbülfəz Babayev qarşıdurması

    Sumqayıtda Eldar Əzizov-Əbülfəz Babayev ...

    23-07-2013, 16:03

  • 
  • Eldar Əzizovun 25 min manatlıq rüşvət qalmaqalı böyüyür

    Eldar Əzizovun 25 min manatlıq rüşvət qalmaqalı ...

    27-01-2013, 11:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu