Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi üçün reyd keçirilib.
Reyd zamanı avtonəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən 13 sürücü aşkarlanıb.
Qeyd edək ki, həmin sürücülərdən ikisi xanım olub. Aşkar edilən sürücülər alkoqol müayinəsindən keçirilmələri üçün tibb məntəqəsinə aparılıb.
Müəyyən edilən sərxoş sürücülərdən biri yol polisinin “Saxla” əmrinə tabe olmayaraq, hərəkətini davam etdirməyə çalışıb. Həmin şəxs Nobel prospektində yüksək sürətlə hərəkət edərək nəqliyyat vasitəsini dayandırmaqdan imtina etsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində “Nargilə” kafesi yaxınlığında süni sıxlıq yaradılaraq saxlanılıb.
Reyd zamanı ümumilikdə 30-dan çox sürücü barəsində inzibati qaydada protokol tərtib olunub, 15 sürücüyə isə xəbərdarlıq edilib./oxu.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?