Azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb.
Məlumata görə, başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İş adamına silahla atəş açaraq hadisə yerindən qaçan Gözəl Dəmirov adlı şübhəlinin tutulması üçün polis əməliyyatlara başlayıb.
Həyatını itirən şəxsin Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu olduğu bildirilir.
Qeyd edək ki, Ədalət Partiyasının sədrinin oğlu uzun müddətdir ki, Türkiyədə biznes fəaliyyətilə məşğul olurdu.
Məlumatlara görə, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, istefada olan polkovnikdir. Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, O, Türkiyədə böyük biznesə sahibdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.
Bir müddət əvvəl mətbuatda belə xəbərlər yayılmışdı ki, G. Gəmirova görə "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovu polis saxlayıb. Çünki G.Dəmirovun ona təşkil etdiyi silah gəzdirmə izni saxta çıxıb.
GundemXeber.Az bildirir ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov Teleqraf.com-a açıqlamasında Türkiyədə qətlə yetirilən şəxsin oğlu Etimad İsmayılov olduğunu təsdiqləyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?