12 oktyabr saat 12.00-da 200 nəfər zərərçəkən şəxs maşın bazarının qarşısında yerləşən “Nikoil Bank”ın 6 saylı filialının və rəhbəri Emin Axundovun qanunsuz fəaliyyətinə etiraz olaraq aksiya keçirəcək.
Aksiyanın təşkilatçılarının verdiyi məlumata görə, aksiya iştirakçıları deyilən yerə toplanaraq, oradan öz şikayətlərini video müraciət etməklə şikayətlərini ölkə rəhbərliyinə çatdırmağı düşünürlər. “Çünki cənab Prezidentimiz İlham Əliyevin daima məmurlara və xüsusən də banklara tapşırıqlar verməsinə baxmayaraq, bəzi belə banklar və Emin Axundov kimi yalnız öz mənafeyini düşünən şəxslər ictimai narazılıq yaradırlar” – deyə şikayətçilər bildirir. Zərərçəkənlərdən biri Əzimov Eldəniz bildirik ki, 2013-cü ilin aprel ayında mülki etibarnamə ilə Muradov Qubad adlı şəxsdən 10 su 254 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil alıb. 36 aylıq kreditin 32 ayını ardıcıl olaraq qrafiklə ödəyib. Hər ay 281 ABŞ dollarından 4 ay, yəni cəmi 1 124 ABŞ dolları borcu qalıb. Ödənişin tamamlanmasına 4 ay qalmış evində yanğın baş verdiyi üçün ziyana düşüb, ödəmə qabiliyyətindən məhrum olub. Bu barədə “Nikoil Bank”ın baş idarəsinə email vasitəsiyə rəsmi xahiş göndərib və həmin zamanlarda “Nikoil Bank”ın Aydın adlı səlahiyyətli şəxsinə zəng vuraraq, hadisəylə bağlı məlumat verib. 2 ay əvvəl isə bank həmin avtomobili Əzimov Eldənizin əlindən alaraq şərt qoyub ki, “2800 dollar birdəfəyə nəğd ödəməsən sənə maşın yoxdur, maşın artıq bankındır. “İndi necə olur ki, 1124 ABŞ dolları 2800 ABŞ dolları oldu. Hansı cəriməylə və hansı faizlə qalıq borcun üzərinə 160 faiz artım oldu. Allaha and olsun ki, uşaqlarım hər gün məndən soruşur ki, ata, maşın hardadır, bizi gəzməyə apar. Bütün varımı, dövlətimi qoymuşam bu maşına, 3500 ABŞ dolları ilkin ödəniş 8850 ABŞ dolları kredit. Yəni 12.350 maşına pul vermişəm, amma indi 1124 dollara görə maşını əlimdən almaq istəyirlər. Belə də Allahsızlıq olar? Erməni bunu öz vətəndaşına etməz, amma özümüzünkü bunu edir” - deyə müştəri sual edir. Əzimov Eldəniz bildirir ki, məlum hadisə ilə bağlı bir neçə dəfə “Nikoil Bank”a gedib: “Orada yüzlərlə mənim halıma salınmış müştərilərlə rastlaşdım. Nizami adlı bir şəxs özüylə benzin gətirmişdi ki, indi özümü yandıracam. Lakin orada olan ağsaqqaların söhbətindən sonra Nizamini sakitləşdirdik. Orada olan şəxslərdən biri bildirdi ki, 5-6 ay bundan öncə onun gözü qarşısında bir cavan oğlan üzərinə benzin töküb yandırmışdı. Amma tez müdaxilə olunduğuna görə, yüngül yanıqla ötüşmüşdü və qolu yanmışdı. Sonra bank bu işi ört-basdır etmək üçün həmin şəxsin avtomobilini güzəştlə özünə qaytarmışdı. İndi məndə özümü yandırım? Lazımdırsa, yandıraram! Orada qərara gəldik ki, banka sivil yolla etraz etmək üçün və ölkə rəhbərliyinin diqqətini cəlb etmək üçün etraz mitinqi təşkil edək və mətbuat vasitəsiylə digər zərərçəkənləri məlumatlandırmaqla mitinqdə iştirak etməyə çağırış edək. Həmin mitinqdə bizim tələbimiz bankın rəhbərliyinin qanunla cəzalandırılması və hüquqları pozulmuş müştərilərin hüquqlarının bərpa olunmasıdır. Bu bankda həddən aşırı yüksək faizlər və yüksək cərimələr etməklə müştərini şok vəziyyətinə salmaqla, əmlakını əlindən alırlar. Müştəri barəsində məhkəmə vasitəsiylə elə bir qərar qətnamə çıxarırlar ki, müştərinin bunu ödəməyə praktik olaraq imkanı olmasın və maşını banka buraxıb getsin”./teref
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?