Qətl törətməkdə təqsirləndirilən Rahib Banayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 3-nə təyin edilib.
Şikayət hakim İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, qətl hadisəsi bu il yanvarın 23-də gecə saat 3 radələrində Hasil Bayramov küçəsi, ev 67 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaş, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci polis bölməsinə gələrək təslim olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Saxlanılan R.Babayev istintaqa verdiyi ilkin ifadəsi zamanı bildirib ki, iki ildir Ü.Orucəliyevadan ayrılıb, 2 azyaşlı övladları var.
Onun sözlərinə görə, Ü.Orucəliyeva onun qabağını kəsərək "səni qoymayacağam evlənəsən, qayıt yanıma" deyib: "Birtəhər onu sakitləşdirdim və yaşadığı mənzilə apardım. Ancaq o, evdə də sakitləşmədi, məni təhqir etməyə başladı. Mən də dözmədim, gecə saatlarında onu boğaraq öldürdüm".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Babayev 11 il müddətinə azadlıqdan məhrum edilib./report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?