GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 7GUN.az-dan DİN-in açıqlamasına cavab

7GUN.az-dan DİN-in açıqlamasına cavab

Tarix: 1-10-2018, 12:27 Bölmə :Cəmiyyət Baxış: 438
7GUN.az-dan DİN-in açıqlamasına cavab


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə 26 sentyabr 2018-ci il tarixdə Masallı rayon Ərkivan qəsəbəsinin sakini Kazımov Elxan Dəmir oğlunun şikayəti əsasında 7GUN.az-da yayımlanmış "Uydurulmuş hadisənin istintaq qərarı-Masallıda biabırçılıq" başlıqlı məqalə barəsində açıqlama vermişdir. Həmin açıqlamada Elxan Kazımovun şikayətinin əsl mahiyyəti ört-basdır edilərək, Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Ərkivan qəsəbəsinin sakini İsmayılov Aytən Eynəli qızıının 28 may 2018-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə etdiyi müraciətə əsasən aparılmış təhqiqat-istintaq hərəkətlərində heç bir qanunsuzluğun olmaması qabardılmışdır.

Məlumat üçün bildiririk ki, Elxan Kazımov istintaq bölməsində azyaşlı oğlu Hüseynəli Kazımovun azyaşlıların və yeniyetmələrin zəruri istintaq hərəkətlərinə cəlb edilməsi qaydaları barədə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq valdeyininin, psixoloqun və təhsil aldığı Həsnəküçə tam orta məktəbin pedaqoji kollektivindən nümayəndənin iştirakları olmadan "günahını boynuna alması üçün" izahat verməyə məcbur edilməsindən və həmin hadisədən sonra ağır stres keçirərək qorxudan xəstələnib hal-hazıra kimi müalicə olunmasından şikayətçidir. Digər tərəfdən Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin əməkdaşları yalan məlumat verərək bir neçə azyaşlı uşaqların ailələrinin ağır və narahat günlər yaşamasına səbəb olmuş Aytən İsmayılova barəsində qanunamüvafiq tədbirləri həyata keçirməli idi.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bilə-bilə yalan məlumat vermə və yayılması barədə müvafiq cəza tədbirləri nəzərdə tutulub.

Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsində yalan məlumat və şikayət ərizəsi əsasında istintaq aparıldığı üçün istintaq orqanı yalan məlumat verən şəxsi məsuliyyətə cəlb etməli idi. Açıqlamada göstərilir ki, "əgər Elxan Kazımov xanım şikayətçinin ərizəsində göstərilən xüsusatları əsassız, uydurma hesab edirsə, o zaman həmin qadınla aralarında yaranmış problemi mülki hüquq qaydasında həll edə bilər. Bunun əvəzində isə onun kütləvi informasiya vasitələrində polis əməkdaşları barəsində böhtan və şantaj xarakterli, qanun keşikçilərinin işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayması yolverilməzdir ki, bu da hüquqi məsuliyyət doğurur".

7GUN.az olaraq bildiririk ki, Elxan Kazımovun Aytən İsmayılova ilə hər hansı bir mülki problemi varmı ki, onun barəsində mülki qaydada məhkəməyə müraciət etsin?! Açıqlamanın bu hissəsində həm də dövlət orqanının rəsmi nümayəndəsi tərəfindən şikayətçi Elxan Kazımova qarşı təhdid notları var. Belə ki, Orxan Mansurzadəyə görə Elxan Kazımov üzləşdiyi ağır durumdan KİV-ə şikayət etməməli idi. Xatırladırıq ki, yalan məlumat əsasında Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsində aparılmış təhqiqat barəsində Elxan Kazımov Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və İnsan Hüquqları üzrə müvəkkilə (Ombudsman) dəfələrlə müraciətlər etmişdir. Hər bir halda aidiyyəti dövlət orqanlarının rəhbərliyi Elxan Kazımovun şikayətlərini vaxtında qiymətləndirməli idi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadənin açıqlamasında göstərilən xüsusatlara cavab olaraq bikdiririk ki, biz 7GUN.az olaraq qərəzdən və yalan informasiya yaymaqdan uzağıq. Biz faktı olduğu kimi ölkə ictimaiyyətinə çatdırmışıq.

Son olaraq onu da bildiririk ki, Elxan Kazımovun azyaşlı oğlu Hüseynəli Kazımovun hüquqlarının müdafiəsi üçün zəruri qanunamüvafiq tədbirləri davam etdirəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Uydurulmuş hadisənin istintaq qərarı – Masallı rayonunda biabırçı hadisə

    Uydurulmuş hadisənin istintaq qərarı – Masallı ...

    25-09-2018, 14:56

  • 
  • İsa Qəmbərin müşaviri ilə bağlı DİN-dən rəsmi açıqlama

    İsa Qəmbərin müşaviri ilə bağlı DİN-dən rəsmi ...

    27-06-2013, 17:02

  • 
  • Xose sərbəst buraxıldı - İstintaq davam edir - YENİLƏNİB

    Xose sərbəst buraxıldı - İstintaq davam edir - ...

    28-10-2017, 15:02

  • 
  • Respublika Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun  Mətbuat xidmətlərindən

    Respublika Daxili İşlər Nazirliyi və Baş ...

    16-03-2015, 01:14

  • 
  • DİN-dən reaksiya: “O evdə əxlaqsızlıq yuvası olub...”

    DİN-dən reaksiya: “O evdə əxlaqsızlıq yuvası ...

    29-10-2015, 22:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu