2 ay əvvəl Xaçmaz şəhər sakini M.Z. polisə müraciət edərək 21 yaşlı oğlu Q.-nın qeyri-rəsmi nikah münasibətində olduğu Bakı sakini 22 yaşlı L.H.-nın (qadın) 2017-ci ilin oktyabr ayında yaşadıqları evdən çıxaraq itkin düşdüyünü bildirib. Polis əməkdaşları L.H-nı Abşeron rayonu ərazisində tapıb. Məlum olub ki, L.H. qeyri-rəsmi nikahda olduğu Q. ilə mübahisə edərək evdən çıxıb və Bakıda yaşayan bacısı G.-nın yanına gəlib. Bu ilin avqustunda isə o, paytaxtdakı xəstəxanaların birində qız uşağı dünyaya gətirib. On gün sonra G. bacısı L.H-nın körpəsini Gəncə sakini olan 35 yaşlı qadına 350 manata satıb. Fakt üzrə araşdırma davam etdirilir./Report
Sorğu
Yeni dizaynımız necədir?