GundemXeber.Az bildirir ki, Qəbələ rayonunda (Bakıdan 220 kilometr şimal-qərb) Suriyadan olan turistlərin qaldığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Ölən və xəsarət alanların hamısı bir ailənin üzvləridir.
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, xəsarət alanlardan bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisə zamanı xəsarət alan 1 kişi, 3 qadın və 1 körpə isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“Xəstəxanada olan 5 nəfər Bakıya, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinə gətiriləcək”, mətbuat xidmətindən bildiriblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?