Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Atakişi Musayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, A.Musayevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, ötən ilin iyununda Şabran rayonu ərazisində "Hyundai” markalı avtomobil “VAZ 21-011” markalı maşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Ölən şəxs rayonun Gəndov kənd sakini, 1974-cü il təvəllüdlü Bağırov Qalib Məmmədəli oğludur.
Hadisə nəticəsində xəsarət alan Elşən Şıxəliyev isə xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə təqsirləndirilən Atakişi Musayev barəsində cinayət işi açılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, A.Musayev Şabran rayonu Dəvəçi Kənd Mədəniyyət evinin bədii rəhbəri vəzifəsində çalışıb./Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?