Bu gün Həfteaz.info saytının baş redaktoru Aqil Mahmudov AR İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə həbs olunub. Bu haqda “Basta”ya hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib.
Məlumata görə, Aqil Mahmudov Göyçay Rayon Polis Şöbəsinin yanından keçərkən bir neçə polis əməkdaşı onu saxlayaraq zorla polis şöbəsinə salıblar və sonra barəsində inzibati qaydada ittiham irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl Aqil Mahmudov rəhbəri olduğu Hefteaz.info saytında hakimiyyət əleyhinə dərc edilmiş məlumatlara və Facebook sosial şəbəkəsində etdiyi paylaşımlara görə təqibə məruz qaldığını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?