Erməni təbliğatı növbəti dəfə öz auditoriyasında milli hisləri oyatmaq qərarına gəlib. Bu dəfə özəlləşdirmə obyekti kimi dağıstanlı döyüşçü, qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə dünya çempionluq kəmərinin sahibi olan Həbib Nurməhəmmədov seçilib.
GundemXeber.Az Axar.az-a istinadən xəbər verir ki, sonuncu döyüşündə irland Konor Makqreqoru boğucu fəndlə məğlub edən Həbib onu dünya çempionu adına iddiasından əl çəkməyə məcbur edib. Erməni azarkeşlər isə Həbibi dərhal erməni elan edərək, onun qələbəsini qeyd etməyə başlayıblar.
Feysbuk sosial şəbəkəsində istifadəçi Kristina Palma belə bir şərh verib:
“Həbibə, bizim erməni döyüşçümüzə, ermənilərin en yaxşısına görə çox şadam. Son bir həftə ərzində bizim iki döyüşçümüz Ermənistanı xoşbəxt etdi. Erməni döyüşçülər ən yaxşısıdır”.
İstifadəçinin bu şərhinə bir çox adekvat cavablar verilib.
Qeyd edək ki, Həbib Nurməhəmmədov milliyətcə avardır. 1988-ci ilin 20 sentyabrında Dağıstanın Çumadin rayonunun Sildi kəndində anadan olub. 6 oktyabr 2018-ci ildə irland Konor Makqreqorla döyüşdə yüngül çəkidə dünya çempionu titulunu müdafiə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?