GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Narkoloji Mərkəzdə yanğından zərərçəkənlər: ‘Xəstəyə gəlir yeri kimi baxırdınız...’

Narkoloji Mərkəzdə yanğından zərərçəkənlər: ‘Xəstəyə gəlir yeri kimi baxırdınız...’

Tarix: 10-10-2018, 12:41 Bölmə :Cəmiyyət Baxış: 299
Narkoloji Mərkəzdə yanğından zərərçəkənlər: ‘Xəstəyə gəlir yeri kimi baxırdınız...’


"Sizi ancaq pul maraqlandırırdı, xəstəyə gəlir yeri kimi baxırdınız. Başqa heç nə... İndi də gəlib burada yalan danışırsınız...". Bunu doğmalarını Narkoloji Mərkəzdəki yanğında itirmiş zərərçəkmişlər oktyabrın 9-da məhkəmədə həkim-narkoloq Etibar Kazımova deyiblər.

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29 nəfərin isə xəsarət almasına səbəb olmuş yanğınla bağlı məhkəmədə şahidlər dindirilir.

Tibb bacısı Çimnaz Ağayeva təsdiqləyib ki, alkoqolizmə görə orada müalicə alan, Mərkəzi yandırmaqda suçlanan Məhəmməd Məmmədovda qapının açarı vardı. Çünki o, Mərkəzdə qaynaq, su borularının, kranın təmiri kimi işlərlə məşğul olurdu.

Məhəmməd Məmmədov da deyir ki, əgər Mərkəzdən çıxıb getmək istəsəydi, oranı yandırmağa ehtiyac yox idi. Çünki bütün günü həyətdə sərbəst olurdu, əlində də açar vardı, istədiyi vaxt çıxıb gedə bilərdi.

QISAQAPANMA

Mərkəzin qəbul şöbəsinin müdiri Eldar Talıbov dindirilməyə başlayanda zərərçəkmişlər bildiriblər ki, qəbul zamanı hər xəstəyə görə 15 manat pul tələb olunurdu. Şöbə müdiri isə bunu təkzib edib.

Zərərçəkmişlər deyirlər ki, hadisədən əvvəl Narkoloji Mərkəzdə elektrik qovşağı yanıb sıradan çıxmışdı. Yanğından sonra onlara deyilən ilk səbəb də bu olub ki, yanğın elektrik naqillərindəki qısaqapanmadan olub: "İndi onun-bunun üstünə atırlar. Səhiyyə Nazirliyi ört-basdır eləyir".

Mərkəzin həkim-narkoloqu Etibar Kazımov dindirilərkən qalmaqal yaranıb. O, ifadəsində deyib ki, Məhəmməd Məmmədov özünə qapanan xəstə idi, ağıl və yaddaş çatışmazlığı vardı. Ancaq o, Məmmədovun müalicə həkimi olmayıb. Vəkillər tələb ediblər ki, müayinə etmədiyi xəstə haqqında hansı əsasla belə danışdığını izah eləsin. Amma o izah edə bilməyib.

"Məhəmmədin ağıl zəifliyi vardısa, onu necə "santexnik" kimi işlədirdiniz?", – bu sualı isə zərərçəkmişlər veriblər və cavab ala bilməyiblər.

İstintaqa ifadəsində Mərkəzin direktoru Telman Məmmədhəsənov və yanğın, təsərrüfat məsələləri üzrə müavin Mahir Abdullayevin əleyhinə ifadə verən həkim məhkəmədə fərqli danışıb. İstintaqda deyib ki, Mərkəzdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmurdu, Mahir Abdullayev xəstələrə elektrik avadanlıqlarından istifadəyə icazə verirdi. Məhkəmədə isə bildirib ki, kimin icazə verməsindən xəbəri yoxdur.

Məhkəmə oktyabrın 12-də davam edəcək.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29 nəfərin xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu.

İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat edib.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. Sonuncu şəxs həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

64 yaşlı Məhəmməd Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A. Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Lakin onların heç biri özlərini təqsirli bilmir./AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Narkoloji Mərkəzdəki yanğınla bağlı həbs edilən vəzifəli şəxs vəfat etdi

    Narkoloji Mərkəzdəki yanğınla bağlı həbs edilən ...

    1-10-2018, 14:56

  • 
  • Narkoloji Mərkəzdəki yanğınla bağlı zərərçəkmiş: - Sanki xəstələrə yüksək doza vurmuşdular

    Narkoloji Mərkəzdəki yanğınla bağlı zərərçəkmiş: ...

    28-09-2018, 20:16

  • 
  • Narkoloji Mərkəzdə yanğın işi: Xəstələri pulsuz qəbul etmirdilər

    Narkoloji Mərkəzdə yanğın işi: Xəstələri pulsuz ...

    11-09-2018, 16:35

  • 
  • Narkoloji Mərkəzdə törədilən yanğınla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb

    Narkoloji Mərkəzdə törədilən yanğınla bağlı ...

    13-08-2018, 19:26

  • 
  • "Aqressiv idimsə, niyə məni orada saxlayırdılar?"- 25 nəfərin öldüyü yanğınla bağlı cavabsız qalan suallar

    "Aqressiv idimsə, niyə məni orada ...

    29-08-2018, 11:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu