GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Baş bankirin doğru çıxmayan inflyasiya proqnozu - TƏHLİL

Baş bankirin doğru çıxmayan inflyasiya proqnozu - TƏHLİL

Tarix: 12-10-2018, 11:00 Bölmə :Cəmiyyət Baxış: 424
Baş bankirin doğru çıxmayan inflyasiya proqnozu - TƏHLİL


Cari ilin inflyasiya səviyyəsi birrəqəmlidir.

Hazırkı inflyasiya səviyyəsini dəyərləndirən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, 2017-ci ildən Azərbaycanda inflyasiyanın göstəriciləri sabitləşib: “2018-ci ilin ilk 7 ayında ölkədə inflyasiyanın göstəricisi 2,8 faiz təşkil edib. Proqnozlarımıza görə, ilin sonunadək bu göstərici daha da aşağı olacaq. 2017-ci ildən formalaşan makroiqtisadi sabitlik 2018-ci ildə də davam etməkdədir".

Baş bankirin bu açıqlaması müstəqil ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Onlar hesab edir ki, Mərkəzi Bankın rəhbəri daim inflyasiya, banklar, eləcə də manatın məzənnəsinə münasibətdə konservativ yanaşma növü tətbiq edib.

Aparılan tədqiqatlar isə Elmar Rüstəmovun dediklərinin əksini göstərir. Belə ki, cari ilin 7 ayı ərzində Azərbaycanda inflyasiya 2,8 faizdən çox olub. İl ərzində ərzaq və qeyri-ərzaq məhsullarında təxminən 5 faiz ətrafında qiymət artımları müşahidə olunub. Bu da Mərkəzi Bankın elan etdiyi inflyasiya səviyyəsindən daha yüksəkdir. Əgər ilin sonunadək Mərkəzi Bank manatın mövcud məzənnəsini qoruyub saxlaya bilsə, birrəqəmli inflyasiya qeydə alınacaq. Əgər manatın məzənnəsi stabil qalarsa, ikirəqəmli inflyasiya qeydə alınmayacaq. Aydın məsələdir ki, manatın məzənnəsində baş verən dəyişikliklər, nəticədə istehlak bazarında qiymətlərə də təsir göstərəcək. Bu baxımdan da məzənnə sabitliyi 2018-ci ildə əldə ediləcək inflyasiya üçün çox vacibdir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərini açıqlayıb. Məlumata əsasən, 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,5 faiz bahalaşıb.

Cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində unun, manna yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, xiyarın, pomidorun, yerkökünün, kartofun, bananın qiymətlərində bahalaşma, - yumru düyünün, qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, narın, qarpızın, yemişin, üzümün, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hökumətin real mənzərəni ifadə edən nəticələri ortaya qoyması yaxşı olardı: “Hansısa məmur və ya baş bankir münasibət bildirə bilərlər, amma bunlar mötəbər fikir sayıla bilməz. Çünki məmurun və ya şəxsin dediyi nikbin proqnoz onun özəl müşahidəsinə əsaslanır. Statistika Komitəsi və xüsusilə, Mərkəzi Bank tədqiqatlara əsaslanaraq fikir bildirməlidir. Səslənən fikirlər də çox əsaslı olmalıdır və burada vətəndaşın şübhəsinə yer qalmamalıdır. Sabitlik baxımından Azərbaycanda gedən proseslər 2015-2016-cı illərə nisbətən 2017-2018-ci illər bir qədər sabit sayıla bilər. 2017-2018-ci ildə ölkədə inflyasiyanın səviyyəsi hökumətin açıqladığı rəqəmləri bir qədər aşır. İnflyasiya əlimizdə olan nominalların dəyərinin itməsi ilə bağlı olan göstəricidir.

Vətəndaş bilir ki, bu ilin yanvar ayında neçə manatla bazara gedib və nələr ala bilib, indi də müqayisə edə bilir ki, həmin vəsaitlə nə almaq olur. Bu gün sadə vətəndaş da qiymət artımından gileylənir. Bunun özü bir sübutdur ki, ölkədə ciddi inflyasiya gedir”.

Ekspert hesab edir ki, hazırda ölkədəki inflyasiya səviyyəsi 2-3 faizlə ölçülmür: “Ötən il inflyasiya ikirəqəmli idi. Bu il ümumi inflyasiya ikirəqəmli olmasa da, amma ona yaxın rəqəmlə ifadə edilməlidir. Üç rübün nəticələrinə görə inflyasiya azaldılmış rəqəmlərlə ifadə olunub. Buna görə də ilin sonunda inflyasiyanın səviyyəsində ciddi dəyişiklik olmayacaq. Bir qrup insanlar hesab edirlər ki, hökumətin elan etdiyi inflyasiya göstəricisinin əhəmiyyəti yoxdur. Amma əslində bu, çox əhəmiyyətli bir məsələdir. Real inflyasiyanın elan edilməsi və bunun iqtisadi subyektlər tərəfindən qəbul edilməsi əsasdır. Əvvəlki illərdə İqtisadi Tədqiqatlar Mərkəzi inflyasiyanın alternativ ölçülməsi layihəsi həyata keçirdirdi. Həmin layihə müddətində hökumətin də açıqladığı inflyasiya səviyyəsi bir qədər uyğunlaşmağa başlamışdı.

Artıq vətəndaş cəmiyyətinin tədqiqat aparmaq yolu olmadığından, Statistika Komitəsi öz siyasətinə uyğun gələn rəqəmləri səsləndirir. Nə qədər ki, hökumətin monopoliyasında olan qiymətlərdə ilbəil artma tendensiyası hiss edəcəyik, inflyasiyanın sabitləşməsindən danışa bilmərik. Çünki hökumətin nəzarət etdiyi qiymətlər iqtisadiyyatın açar qiymətləridir. Qiymətlər sabitləşəndə ölkədə inflyasiya göstəriciləri də bu istiqamətdə inkişaf edəcək”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş bankirdən inflyasiya proqnozu

    Baş bankirdən inflyasiya proqnozu ...

    14-06-2018, 13:00

  • 
  • Bu ölkə çökdü: İnflyasiya 6000%-i keçdi

    Bu ölkə çökdü: İnflyasiya 6000%-i keçdi ...

    13-03-2018, 12:43

  • 
  • İnflyasiya 14 faizə çatıb

    İnflyasiya 14 faizə çatıb ...

    7-08-2017, 18:33

  • 
  • Elman Rüstəmov hesabatı

    Elman Rüstəmov hesabatı ...

    10-02-2014, 12:52

  • 
  • "Fitch" Azərbaycanda inflyasiya proqnozunu yaxşılaşdırdı - YENİLƏNİB

    "Fitch" Azərbaycanda inflyasiya ...

    23-07-2016, 13:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu