2017-ci ilin iyulunda Azərbaycanda inflyasiya əvvəlki aylarla müqayisədə 0,1% təşkil edib. Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata görə, qeyri-ərzaq mallarının qiyməti 1,6%, əhaliyə göstərilən xidmətlərin qiyməti 0,4% bahalaşıb, ərzaq məhsullarının qiyməti isə 1% ucuzlaşıb. Bu ilin yeddi ayında inflyasiya ötən ilin analoji dövrü ilə müqayisədə 14% təşkil edib. Ərzaq məhsullarının qiyməti 18,2%, qeyri-ərzaq məhsullarının qiyməti 12,6%, xidmətlərin qiyməti 9,6% bahalaşıb./amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?