Sumqayıtda arvadını öldürməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Ramil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
GundemXeber.Az AzNews.az-a istinadla xəbər verir ki, ittiham aktına əsasən, Ramil Şükürov 2003-cü ildə qeyri-rəsmi nikaha daxil olduğu Xəyalə Həsənovadan sonuncunun təşəbbüsü ilə 2016-cı ilin mayında ailə münaqişəsinə görə ayrılıb.
Boşanma və aliment davası
Onların arasında olan aliment tələbi üzrə iddiaya Sumqayıt şəhər Məhkəməsində baxılıb. 23 sentyabr 2016-cı il tarixli hər ay, hər uşağa görə 117 manat olmaqla, 4 uşaq üçün 468 manat sabit pul məbləğinin Ramil Şükürovdan tutulub, həmin vəsaitin Xəyalə Həsənovaya verilməsi barədə qiyabi qətnamə çıxarılıb.
Bu qətnamə qəbul olandan sonra Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Elkin Kərimli tərəfindən müəyyən edilmiş alimentin ödənilməsini Ramil Şükürovdan tələb edib.
Qətl planı
Bundan sonra Ramil Şükürov Xəyalə Həsənovanı onun barəsində məhkəməyə müraciət etdiyinə görə qisas alıb, onu qəsdən öldürmək qərarına gəlib. O, cinayət əməlini həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyib.
Ramil Şükürov 2017-ci il iyulun 4-də Sumqayıt şəhəri, Corat qəsəbəsində ona məxsus “VAZ 2101” markalı avtomobili ilə yaşadığı ev istiqamətində hərəkətdə olan zaman Xəyalə Həsənovanı “Ruzi” marketin yaxınlığında görüb.
Azyaşlı uşaqların gözü qarşısında qətl
Ramil Şükürov onu qəsdən bıçaqla öldürmək niyyətini həyata keçirmək üçün yaşadığı evə gedib və evin mətbəxindən bıçaq götürdükdən sonra geri qayıdıb.
Ramil Şükürov geri qayıdanda Xəyaləni Corat qəsəbəsi, C.Cabbarlı küçəsi istiqamətində gedəcəyini zənn edib onu qarşıdan qabaqlamaq üçün həmin küçəyə yollanıb.
Orada Ramil Şükürov Xəyaləni anası Elza Həsənovanın, azyaşlı övladları - 2005-ci il təvəllüdlü Samit Şükürovun, 2008-ci il təvəllüdlü Ədilə Şükürovanın, 2013-cü il təvəllüdlü İbrahim Şükürovun gözləri qarşısında bıçaqlayaraq xüsusi amansızlıqla öldürüb.
Elza Həsənova cinayətin qarşısını almaq istəyib. Ramil Şükürov qadının itələyərək yerə yıxıb. Elza Həsənova da xəsarət alıb.
18 il cəza
İstintaq orqanı tərəfindən Ramil Şükürovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?