GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Bir həftədə 10 əsgər öldü, bunu bilən var?…” Xocavənddə ölən əsgərə görə üsyan qalxdı

“Bir həftədə 10 əsgər öldü, bunu bilən var?…” Xocavənddə ölən əsgərə görə üsyan qalxdı

Tarix: 13-10-2018, 21:11 Bölmə :Cəmiyyət Baxış: 513
“Bir həftədə 10 əsgər öldü, bunu bilən var?…” Xocavənddə ölən əsgərə görə üsyan qalxdı


“Bir həftədə 10 əsgər öldü, bunu bilən var?…” Xocavənddə ölən əsgərə görə üsyan qalxdı
Oktyabrın 1-də Azərbaycanın işğal edilmiş ərazilərində, Xocavənd istiqamətində yerləşən erməni hərbi hissələrindən birində güllə yarasından ölən əsgərin qohumları və yaxınları Gümrüdə kilsənin qarşısında etiraz aksiyası keçiriblər.


GundemXeber.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, toplaşanlar Ermənistan müdafiə naziri David Tonoyanın, qondarma “dqr müdafiə naziri” Levon Mnatsakanyanın və “prezident” Bako Saakyanın istefasını tələb ediblər.

Ermənistandan hərbi xidmətə çağırılmış sıravi əsgər Gevorq Aroyan oktyabrın 1-də səngərdə odlu silah yarasından ölüb. Ermənistan İstintaq Komitəsinin bildirdiyinə görə əsgər intihar edib. Səbəb isə iki serjantın və rota komandirinin əsgəri döyməsi olub. Məlumata görə ilkin istintaqla müəyyən edilib ki, Aroyanın intiharından bir gün əvvəl kiçik serjant M.Ç. ona qarşı fiziki zorakılıq tətbiq edib, təhqirlərə məruz qoyub. Mübahisəyə həmin rotanın digər kiçik serjantı D.S. də qatılıb, o da Aroyanı döyüb.

Rota komandiri, kapitan L.P. öz növbəsində əsgərin döyülməsi faktını bilsə də gizlədib, əksinə, axşam Aroyanı öz kabinetinə çağırıb və ona bir sıra iralar bildirib, bu zaman əsgəri söyüb və alçaldıb. Ertəsi gün Aroyan döyüş növbəsinə çıxanda avtomatla özünü vurub. Əsgərin intiharına görə onu döyən serjantlardan biri və kapitan rütbəli rota komandiri həbs olunub, digər serjant hərbi hissənin nəzarətinə verilib.

Bundan əvvəl erməni KİV-ləri Aroyanın anasının sözlərinə yer vermişdi. Qadın deyirdi ki, hadisədən bir gün əvvəl oğlu ona zəng vurub, təcili gəlməyini istəyib. Hərbi hissəyə çatanda oğlunun köhnə, cırıq paltarda, döyülmüş vəziyyətdə olduğunu görüb. Amma Gevorq kim tərəfindən döyüldüyünü deməyib, anasından xahiş edib ki, generaldan xahiş edib onu başqa rotaya köçürsün. Anası bildirirdi ki, Gevorq özünü öldürməyib, onu yaxın məsafədən atəş açmaqla öldürüblər.

Gümrüdə keçirilən aksiyada da əsgərin yaxınları bunda israr ediblər. Bildiriblər ki, bu hadisəyə görə çoxları cavab verməlidir.

“Məsələ təkcə mənim uşağımda deyil, bütün uşaqların yaşamaq haqqı var. Paşinyan can, sən dedin ki, bizim bütün uşaqlar bərabərdir və hamısını orduya götürəcəyik. Götürdülər-nə oldu? Biz hamımız bilirik ki, orada nələr baş verir, öz əllərimizlə uşaqlarımızı ölümə göndəririk. Ordunu rus ruletkasına çeviriblər…Qoy bu sonuncu qurban, sonuncu uşaq olsun. Əgər bu məsələni həll edə bilmirsinizsə açıq deyin. “Tuşonkanı” yeyən bir Manveli tutdular (general manvel Qriqoryan) daha yeyən qalmadı? Onlar öz yerlərində qalırlar. Yenə basıb yeyirlər. Biz isə eşşək kimi öz uşaqlarımızı göndəririk ki, generallar kef çəksinlər, məşuqə saxlasınlar?”-əsgərin qohumu Armen Bəyləryan deyib.

O bildirir ki, Aroyanın anası Armine insidentdən bir gün əvvəl anası ilə görüşüb. Həmin vaxt uşaq bitkin vəziyyətdə olub sifətində göyərmələr, başında çapıq varmış: “Anası deyib ki, bu saat komandirin yanına gedəcəm. Gevorq deyib anacan, heç nə demə. Armine komandirin yanına getmək istəyəndə onun qarşısını kəsiblər, nəzarət-buraxılış məntəqəsində qabağına kitab qoyublar ki, valideyin öz sözlərini yaza bilər. Armine deyir ki, hərbi hissənin “zampoliti” faşist kimi onun başının üstündə durmuşdu, uşaq da gərgin idi və deyib ki, ana, heç bir şikayət yazma, yaz ki, hər şey yaxşıdır, minnətdaram”.

Bəyləryan deyir ki, Xocavənd istiqamətində yerləşən həmin hərbi hissədə qeyri-insani şərait hökm sürür. Bu haqda əsgərin ailəsinə başqaları da deyiblər. Gevorq ora püşkatma ilə düşüb və çox tezliklə ailəsinə xəbər verib ki, bu hərbi hissədə nəinki xidmət etmək, sağ qalmaq da çətindir.

Gevorqun ailəsi onun ölümü ilə bağlı öz araşdırmalarını aparmaq niyyətindədir. Dayısı Bəyləryan deyir ki, onların əlində zəruri daxili informasiya var. Xalq isə başa düşməlidir ki, kim kimdir, ordu necədir.

Gevorqun dayısı deyir: “Kim bunu bilir ki, həmin bir həftədə 10 əsgər öldü? Bizim uşaqlarımızı türk (azərbaycanlılar nəzərdə tutulur) öldürmədi. Bu yaxınlarda bir vəzifəli şəxsin oğlu hərbi hissədən ayağında çəkələklə qaçıb, zabitlər onun dalınca avtomobillə düşüblər. Əsgər birtəhər Füzulidəki hərbi hissəyə çatıb və oradan kiməsə zəng vurub ki, “dayı, yalvarıram, tez gəl, məni buradan götür, yoxsa öldürəcəklər”.

Bəyləryan deyib ki, onlar baş verənlər barədə Paşinyanın arvadına da məktub veriblər, orada bütün təfərrüatlar göstərilib. Amma hələ reaksiya yoxdur.

“Anna Akopyana da məktub vermişik, 3 gündür cavab yoxdur. Bu gün çoxları bizə qoşulmağa hazır idi. Amma dedilər ki, frankofoniya keçirilir, mane olmayıb. Amma Qarabağ qalxsa, Eçmiədzin qalxsa hamı bu haqda danışacaq. Frankofoniyanı nəyin naminə keçiririk? İnsanları aldatmaq üçün ki, baxın, biz necə yaxşıyıq? Bizim necə yaxşı ordumuz var? Qətiyyən belə deyil axı”- o bildirir.

Gevorqun dayısı deyir ki, məsələ təkcə onun qohumunda deyil, ordudakı bütün uşaqları xilas etmək lazımdır. O, Paşinyandan dəstək istəyir.

“Paşinyan can, sən hər şeyi Gümrüdən başladın (Serj Sərkisyanın istefası tələbi ilə yürüş) və hamı səni dəstəklədi. İndi sən bilmək istəmirsən ki, burada nə baş verir? Heç nə dəyişməyib, sən də dəyişməyibsən. Deyirlər ki, “həqiqi çar deyil”, biz bilmək istəyirik, sən orada həqiqisən ya yox”-Bəyləryan bildirib.

Ölən əsgərin dayısı hiddətlə bildirib ki, onun qohumunun öldürülməsinə görə məsuliyyət daşıyan zabitlərdən ikisini tutub Gümrü meydanında güllələmək, evlərini isə buldozerlə dağıtmaq lazımdır. “Yəhidlər eliyən kimi”-Bəyləryan bildirib.

O əlavə edib ki, müdafiə naziri David Tonoyanın, habelə Qarabağdakı “orduda” baş verənlərə görə məsuliyyət daşıyan Bako Saakyanın və Levon Mnatsakanyanın istefasını tələb edirlər. Və aksiyalarını davam etdirəcəklər.

Sentyabrın sonlarında, oktyabrın əvvəllərində işğal edilmiş Azərbaycan ərazilərində dalbadal əsgər ölümləri qeydə alınıb. Bunlardan bir neçəsinin Azərbaycan mövqelərindən açılan atəşlə baş verdiyi açıqlansa da qalanları “intihar” və ya “naməlum şəraitdə güllə yarası alma” kimi rəsmiləşdirilib.

Gevorq Aroyanın ölümü ilə bağlı baş verənlər də göstərir ki, düşmən ordusunda acınacaqlı, qeyri-insani şərait hökm sürür. Valideyinlərin də danışdıqları kimi söhbət nizamnamə ilə idarə olunan nizami ordudan yox, kriminal qaydalarla idarə olunan silahlı birləşmələrdən gedir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan torpağında erməni əsgər ölüb

    Azərbaycan torpağında erməni əsgər ölüb ...

    23-07-2013, 15:29

  • 
  • Erməni əsgər bizə güllə atmaq istədi, özü öldü

    Erməni əsgər bizə güllə atmaq istədi, özü öldü ...

    24-02-2017, 11:35

  • 
  • Qarabağda erməni əsgər öldürülüb

    Qarabağda erməni əsgər öldürülüb ...

    18-02-2017, 21:19

  • 
  • Əsgər güllə partlamasından həlak olub

    Əsgər güllə partlamasından həlak olub ...

    9-09-2013, 11:20

  • 
  • Azərbaycanda əsgər əsgəri güllələdi

    Azərbaycanda əsgər əsgəri güllələdi ...

    18-02-2014, 12:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu