Dünən saat 00:45 radələrində cəbhədə ölən erməni əsgər Qora Xudinyanın ölüm səbəbi açıqlanıb. Ermənistan İstintaq Komitəsi müqavilə əsasında xidmət edən hərbçi Qora Xudinyanın fevralın 23-ü saat 00:45 radələrində avtomatdan cəbhədə Azərbaycan əsgərləri istiqamətində atəş açdığı zaman patronun lülədə partlaması nəticəsində aldığı qəlpə yarasından öldüyünü bildirib. Qeyd edək ki, 2011-ci ildə Ermənistanın Rusiyadan “Kalaşnikov” avtomatının təkmilləşdirilmiş versiyasının istehsalına dair lisenziya aldığı barədə məlumat yayılmışdı. Bu silahların Ermənistanda istehsalı texnologiyasının qurulduğu və Ermənistanda AS-300 indeks ilə seriyalı istehsalına başlanıldığı xəbər verilirdi. Çox güman ki, erməni əsgərin əlində partlayan avtomat da Ermənistan istehsalı olub. Çünki Rusiya istehsalı olan “Kalaşnikov” silahlarında belə nasazlıq baş vermir.
Sorğu
Yeni dizaynımız necədir?