Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edərək götürüb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatına görə oktyabrın 11-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi Beyləqan rayon 2-ci Şahsevən kəndi (Bakıdan 291 kilometr cənub-qərb) ərazisində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfər naməlum şəxs müəyyən edib. O əlindəki əşyanı ataraq geriyə İrana qaçıb. Naməlum şəxsin əşyalarından10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib.
Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?