“Borçalı” cəmiyyətinin sədri, plitoloq Zəlimxan Məmmədli 18 0ktyabr- Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib:
"18 oktyabr 1991-i ildə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günüdür.
Hamını, Millətimizi, o şərəfli tarixi odun-alovun içindən keçərək yazan hər kəsi, Cəbhəçiləri, M.Ə.Rəsulzadə-Elçibəy yolçularını təbrik edirəm.
Bu şərəfli yolda ömürlərini qurban verən şəhidlərimizin ruhu şad olsun.
Bu gün şəhidlərimizin qanı, millətimizin iradəsi ilə əldə etdiyimiz müstəqilliyimizə təhdidlər vardır. Xalqımız yenidən imperiyaya çəkənlərdən tutmuş, demokratik dünya ilə savaş açanların mühasirəsindədir. Ömürlərini Azadlıq və Demokratiyaya həsr etmiş fədakar millətimiz yenidən ciddiliyi ilə toparlanmalı və bu mühasirəni yararaq işğal olunmuş torpaqlarınmızın azadlığı, vətənimizin bütövlüyü üçün səfərbər olunmağa məhkumdur.
Allah bu yolda hər birinizə güc versin, dəyərli millətim, dostlarım. Bayramımız mübarək olsun".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?