GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Təhsil Nazirliyi: Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın yer çıxarılacaq

Təhsil Nazirliyi: Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın yer çıxarılacaq

Tarix: 26-10-2018, 16:51 Bölmə :Cəmiyyət Baxış: 514
Təhsil Nazirliyi: Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın yer çıxarılacaq


"Azərbaycanda məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılacaq".

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirb.

Onun sözlərinə görə, bütün regionlar üzrə vakant yerlər var: "Ən çox boş qalan direktor yeri isə cənub zonasındakı məktəblər üzrədir. Təhsil naziri Ceyhun Bayramovun "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə" əmrinə əsasən, "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları" təsdiq edilib".

E.Bağırov bildirib ki, yeni qaydalara əsasən, bu il ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə bəzi dəyişikliklər edilib. Dəyişikliklər müsabiqənin, əsasən, test və yerləşdirmə mərhələlərindədir: "Hər il qaydalarda yeniliklər tətbiq edilir. Builki müsabiqədə də yeni qayda müəyyənləşib. Belə ki, təhsil nazirinin oktyabrın 18-də imzaladığı 716 nömrəli əmrinə əsasən, təqvim ilinin sonunadək müsabiqənin yekunlaşdırılması nəzərdə tutulub. Bu məqsədlə artıq müsabiqə, müsahibə və apellyasiya komissiyaları yaradılıb".

Təsdiq edilən qaydalara görə, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda, 3 illik təcrübə ilə də direktorluğa namizəd olmaq mümkündür.

E.Bağırov qeyd edib ki, direktorların işə qəbulu üzrə müsabiqədə ikili format tətbiq olunur. Belə ki, Bakı şəhərində direktor vəzifəsinə keçirilən müsabiqədə iştirak etmək üçün namizədlər, ilk növbədə, müvafiq ali təhsil müəssisələrində təşkil edilən xüsusi təlimlərdən keçməlidirlər. Maliyyə, statistika, əmək və təhsil qanunvericiliyinə aid mövzuları əhatə edən təlimlərdən keçənlər Bakı şəhərindəki ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə namizədliyini verirlər. Müsabiqənin elektron ərizə qəbulu, test, vakansiya seçimi və müsahibə mərhələsində uğurla iştirak edənlər Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində direktor vəzifəsinə təyin oluna bilərlər. Digər rayon və şəhərlərdə təlimlər təşkil olunmur.

Direktorların işə qəbulu müsabiqəsinin 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır. Bu günlərdə müsabiqənin başlanılması ilə bağlı Nazirliyin saytında elan veriləcək. Müsabiqə üçün ayrıca rəsmi internet səhifəsi yaradılacaq. Namizədlər həmin səhifə vasitəsi ilə elektron qaydada qeydiyyatdan keçəcək və elektron ərizəsinin sonunda elan edilən vakant yerlərdən 4 yer qeyd edə biləcəklər. Ancaq yerləşdirmə zamanı namizədin şansı 4-dən çox olacaq. E.Bağırov bunu qaydalarda edilən dəyişikliklə əlaqələndirib: “Namizəd elektron ərizəsində vakant yerləri seçdiyi vaxtdan müsahibəyə gəldiyi vaxtadək kifayət qədər müddət keçir. Həmin müddət ərzində əlavə vakant yerlər yaranır. Yəni, namizədin elektron ərizə ilə müraciət etdikdən sonrakı dövrdə həmin ərazidə yaranan yeni vakant yerlər barədə nazirlikdə məlumat olur və direktorluğa namizədə həmin yerlər də təklif edilə bilər”.

Bu şansların heç biri reallaşmadığı təqdirdə, proses köhnə qaydada davam edir. Belə ki, müsabiqənin bütün mərhələlərini uğurla başa vuran, ancaq yekunda seçdiyi vakant yerlərə yerləşdirilməyənlər ehtiyat kadr siyahısına daxil olur. Test imtahanı mərhələsində əldə etdiyi nəticələri 2 il qüvvədə olan namizədə bu müddət ərzində yeni yaranan vakant yerlər də təklif oluna bilər: “Ehtiyat kadr siyahısında olanlar indiyədək ya yerləşdirilib, ya da onlara təklif olunan yerlərdən imtina ediblər. Odur ki, hazırda ehtiyat kadr siyahısında təyinatını gözləyən namizəd yoxdur. Həmin siyahıda olan və təklif edilən yerlərdən imtina edənlər müsabiqəyə yenidən qatılmalıdırlar”.

Namizəd vakansiya seçərkən özünün işlədiyi təhsil müəssisəsinin yerləşdiyi rayon üzrə vakant yerləri seçə bilər. Bəs müsabiqə komissiyası qərar verərkən üstünlüyü kimə verir?

E.Bağırov bildirib ki, direktor idarəetmə işi ilə məşğul olduğundan onun nüfuzu olmalıdır: “Rayonda və kollektivdə, ictimaiyyət tərəfindən tanınmalıdır. Yerli təhsili idarəetmə orqanının nümayəndəsinin müsahibə komissiyasında iştirakı da bununla əlaqədardır. Kollektiv direktorluğa təyin olunan şəxsi tanımayanda da problemlərə gətirib çıxarır. Ona görə də direktor təyin olunan zaman üstünlük məktəbin yerləşdiyi rayonun və ya kəndin sakinlərinə verilir”.

Müsabiqənin test imtahanı mərhələsində dəyişiklik yoxdur. Namizədlərə 60 sual təqdim olunacaq. Test sualları əmək, təhsil qanunvericiliyi, idarəetmə və məntiqdən salınacaq. Ancaq yenilik test mərhələsinə buraxılma şərtindədir: “Əvvəlki illərdə test imtahanına müvafiq yerli təhsil şöbələrindən öz fəaliyyəti ilə bağlı müsbət rəy alan namizədlər buraxılırdı. Bu da bir çox hallarda narazılıqlara səbəb olurdu. Namizədlər həmin rəyləri mübahisələndirirdilər. Yerli təhsili idarəetmə orqanlarına, nazirliyə müraciət edirdilər. Bu cür xoşagəlməz halların qarşısının alınması məqsədi ilə bu ildən ali təhsilli, 5 illik pedaqoji təcrübəsi ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olan istənilən şəxsin müsabiqədə iştirakına məhdudiyyət qoyulmayacaq. Yerli təhsili idarəetmə orqanlarının nümayəndələri müsahibə komissiyasında təmsil olunacaqlar və öz rəylərini məhz həmin mərhələdə verə biləcəklər”.

Test imtahanı mərhələsində rayonlar üzrə keçid balı 40 faiz müəyyənləşdirilib. E.Bağırov deyib ki, 40 faiz nəticə göstərənlər növbəti mərhələyə buraxılacaqlar. Bakı şəhərində yerləşən orta təhsil müəssisələrinin direktoru vəzifəsi üzrə müsabiqəni davam etdirə bilmək üçün lazım olan keçid balı isə cari vəziyyətdə vakant yerlərin sayma və müsabiqə iştirakçılarının nəticələrinə əsasən müəyyənləşəcək: Minimum 40 faizlik hədd Bakı məktəblərinə direktor vəzifəsi üçün də keçərlidir. Namizədlərin sayı çox, nəticələri yüksək ola bilər. Odur ki, Bakı üçün keçid balı müsabiqə şəraitində formalaşacaq və Nazirlik tərəfindən tənzimlənəcək”.

Yekun - müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları 5 ballıq şkala ilə qiymətləndiriləcək: “Namizəd müsahibəyə dəvət olunanda təhsil sənədi, ixtisas uyğunluğu, pedaqoji fəaliyyəti, təcrübəsi yoxlanılacaq və sonra müsahibəyə buraxılacaq. Müsahibə mərhələsində idarəetmə bacarığı, ümumi dünyagörüşü, peşəkar kompetensiyaları və digər zəruri meyarlar qiymətləndiriləcək və yerləşdirməni komissiya aparacaq.

Yəni, bu il tətbiq edilən yeniliyə əsasən, namizədin hansı vakant yerə yerləşdirilməsi müsabiqə komissiyası tərəfindən tənzimlənəcək: “Namizədin vakansiyaları qeyd edərkən izlədiyi ardıcıllıq nəzərə alınmayacaq. Nümayiş etdirdiyi peşəkarlıq səviyyəsi, bilik və bacarığına əsasən onun hansı məktəbdə işləyə biləcəyinə komissiya qərar verəcək. Çünki məktəblər şəraiti, mühiti, şagird sayı, kollektivi baxımından müxtəlif olduğundan namizədin hansı məktəbdə işləyə biləcəyinə komissiyanın qərar verməsi daha ədalətli hesab edilib”.

E.Bağırov qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas strateji hədəflərdən biri də təhsildə nəticələrə görə şəffaf və səmərəli tənzimləmə mexanizminə malik yeni idarəetmə sisteminin formalaşdırılmasıdır. Bu istiqamətin icrası üzrə 2014-cü ildən başlayaraq ölkə üzrə ümumtəhsil müəssisələrinin vakant olan direktor vəzifələrinə işə qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirilir: “İndiyədək 800-ə yaxın məktəb direktoru müsabiqə yolu ilə seçilib. Onlardan 700-dək namizəd regionlarda yerləşən ümumtəhsil məktəblərinə, 130 nəfərə yaxın namizəd isə Bakı şəhəri üzrə məktəblərə yerləşdirilib”./report
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA

    Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA ...

    31-03-2017, 15:18

  • 
  • Məktəb direktorları yeni qayda ilə təyin olunacaq

    Məktəb direktorları yeni qayda ilə təyin olunacaq ...

    5-01-2016, 13:40

  • 
  • 50 min nəfər müəllim olmaq istəyir

    50 min nəfər müəllim olmaq istəyir ...

    15-07-2017, 21:15

  • 
  • Azərbaycanda 3 mindən çox vakant müəllim yeri var  Böyüt

    Azərbaycanda 3 mindən çox vakant müəllim yeri var ...

    3-06-2016, 16:33

  • 
  • Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start veriləcək

    Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin ...

    24-07-2017, 17:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu