Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyan Fidan Babayevanın barəsində həbs qətimkan tədbirinin müddəti artırılıb.
Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan qapalı prosesdə istintaq orqanının təqdimatı təmin olunub.
Fidan Babayevanın barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.
Qeyd edək ki, bu ilin avqustunda Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə Fidan Babayevanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fidan Babayeva 2009-cu ildən insan alveri ittiham üzrə axtarışda olub./teleqraf.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?