Bakıda qayınatasını vəhşicəsinə öldürən 1965-ci il təvəllüdlü Samir Şabanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı noyabrın 6-na təyin olunub.
İttihama görə, qətl hadisəsi bu ilin aprelin 23-də Sabunçu rayonu Ramana qəsəbəsində baş verib.
1981-ci il təvəllüdlü Samir Şabanov qayınatası, 1965-ci il təvəllüdlü Hətəm Şabanovu kəsici və küt alətlərlə vuraraq öldürüb.
Samir Şabanov polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Bildirilir ki, qətli törədən şəxs bir neçə il əvvəl atasının əmisi nəvəsi ilə ailə həyatı qurub. Daha sonra onların münasibəti pozulub və o, həyat yoldaşından boşanıb.
Lakin keçmiş qohumlar arasındakı gərgin münasibət davam edib. Samir Şabanov alimentin düzgün hesablanmamasını, qarşı tərəf isə onun övladına görə təyin edilmiş vəsaiti vaxtında ödəmədiyini bildirirmiş.
Nəhayət, Samir Şabanov qayınatasının Ramanadakı evinin yaxınlığına gedərək onunla məsələni aydınlaşdırmaq qərarına gəlib.
Münaqişə zəminində o, 53 yaşlı kişiyə dəmir parçası və bıçaqla çoxsaylı zərbələr endirib.
İstintaq orqanı tərəfindən Samir Şabanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib./teleqraf.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?