GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sahil Babayev Səlim Müslümovun ölənlərinə rəhmət oxutdurur - ƏLİLİN PENSİYASI KƏSİLDİ

Sahil Babayev Səlim Müslümovun ölənlərinə rəhmət oxutdurur - ƏLİLİN PENSİYASI KƏSİLDİ

Tarix: 6-11-2018, 12:05 Bölmə :Cəmiyyət Baxış: 387
Sahil Babayev Səlim Müslümovun ölənlərinə rəhmət oxutdurur - ƏLİLİN PENSİYASI KƏSİLDİ


Bərdənin A.Məmmədov küçəsi 1 ünvanında yaşayan Əliyev Mütəllim Fərman oğlunun bir ayağı amputasiya olunub. O, 2-ci qrup əlildir və 136 manat pensiya alır. Daha doğrusu, alırdı…

GundemXeber.Az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik dərəcəsinin 1-ci qrupa keçilməsi üçün müraciət edib. Lakin nazirlik nəinki onun işinə baxıb, aldığı qəpik-quruş pensiyanı da kəsib.

Danışanda “ağzına çullu dovşan sığmır”

M.Əliyevin sözlərinə görə, ƏƏSMN-də işinə baxıldığı və gözləməli olduğu deyilib. Amma nazirlik onun yeganə çörək pulu olan pensiyasını vermir.
Heç bir məntiqli izah və qanuni əsas göstərməyən nazirlik iki övladı olan 2-ci qrup əlilini çarəsiz və ümidsiz vəziyyətə salıb. Onun həyat yoldaşı da işləmir, özü əmək qabiliyyətini itirib, heç bir qazanc yeri yoxdur.

Təəssüf ki, ƏƏSMN əlil vətəndaşın təqaüdünü belə vermir ki, evinə çörək və bir kilo ət alıb, ay ərzində onu yesin. Danışanda “ağzına çullu dovşan sığmayan” nazir Sahil Babayevin guruldaması da göründüyü kimi, publikaya bir şou imiş.

Bu sahədə Səlim Müslümovun siyasətindən fərqli iş görməyən Sahil Babayev sosial gərginlik yaratmaqdadır.

Əslində, vətəndaş M.Əliyevin tam haqqı çatır ki, nazirliyi məhkəməyə versin, almadığı pensiyanı geri tələb eləsin.

Sadəcə, imkansız və yoxsulluq içində yaşayan bir əlilin buna nə maddi, nə fiziki gücü çatır. Məhkəməyə iddia ərizəsi verilməli, vəkil tutmalı, proses keçirilməli, get-gəl, qərarın icrasına nail olmaq və s. bu müddətdə isə görəsən onun ailəsinə kim yemək verəcək?
Sahil Babayevin əlilin pensiyasına göz dikdiyini iddia edə bilmərik. Ancaq görünür ki, nazirliyin aşağı palatasında hansısa məmurlar əlillərin pensiyalarını mənimsəmək üçün bürokratik əngəllər yaradırlar.

Neft ölkəsi və nazirin restoranda 136 manat hesabı…

Halbuki, nazir vəzifəsinə təyin olunanda S.Babayev islahatlara, şəffaflığa vədlər verirdi, rüşvətsiz sosial sahədən əh-bəhlə danışırdı, inandırırdı ki, Səlim Müslümov olmayacaq. Necə ki, sabiq nazir də ilk günlərdə belə pafoslu çıxışlar edir, bəzi məmurları danlayır, cəzalandırırdı.
Amma tezliklə S.Müslümov da, S.Babayev də korrupsiya və rüşvətə bulaşmış bu sektorun bataqlığında çirkaba qarışdılar, nə özlərini, nə bu sahəni xilas etdilər.

Əksinə, gözləntiləri yerə vurub, köhnə əyyamları davam etdirdilər. Bunun əziyyətlərini isə Mütəllim Əliyev kimi əlillər çəkirlər. Ona neft ölkəsində, sərvətlərindən dünyanın belə bəhrələndiyi bir dövlətdə 136 manatı da çox gördülər.

Və hər gün restoranda 136 manat hesab ödəmək imkanı olan S.Babayevin II qrup əlilin I qrup əlillik üçün müraciətinə baxılması barədə göstərişi vermək, gənc nazir kimi işlədiyini prezidentə heç olmasa nümayiş etdirmək əvəzinə onu II qrup əlil kimi pensiyasından da məhrum edirsə, artıq burda susmaq lazım gəlir.

Ya S.Babayevin yeri səhv düşüb, ya da nazirlikdə aşağı ranqda olan məmurlar vicdanını itiriblər. Bu ilin mayında nazir bildirmişdi ki, saxta əlillik təyinatlarına yol verənlər sərt cəzalandırılacaq.

Hərçənd ki, saxta əlillik alanların cərgəsi genişləndikcə, Mütəllim Əliyev kimi həqiqi əlillərin pensiyası kəsilir.

Sahil Babayevin prezidentə pisliyi

Sosial təminat sahəsinin naziri vətəndaşı dövlətdən narazı salmaqla, prezidentin gözlədiyi dəyişiklikləri etmədən rüşvətdə status-kvonu saxlamaqla, M.Əliyev kimi insanların müraciətinə baxmadan gərginliyi artırmaqla ölkədə yoxsulluğu dərinləşdirir, sosial etirazlar zəmini hazırlayır.

Axı S.Babayevin təyinatı məhz S.Müslümov və Füzuli Ələkbərov dövründə olan eybəcərliklərə son qoymaq məqsədi idi?! Nə üçün nazir xələflərinin yolunu gedir, bir ailəni aclığa sürükləyir, onları ac-yalavac qoyaraq ölkəni Ermənistan və bizi sevməyən başqa ölkələrində KİV-ində rüsvayçı vəziyyətə salır?

Biz bu məsələni yazmaya bilərdik, o halda ki nazirlik vətəndaşın probleminə zamanında baxsın. Amma M.Əliyev 136 manat pensiyasından da məhrum edilib və rədd cavab alıbsa, medianın işi işıqlandırmaqdır.

Bu arada mətbuatda da kifayət qədər faktlar var. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən elektron sistem əslində saxta əlilliyin azalmasına imkan yaratmalı idi.

Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı, 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olması ilə bağlı məlumatlar da mətbuatda dərc olundu.Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azaldığı da iddia edilmişdi.
Məsələnin iddia edilən kimi davam edəcəyi təqdirdə ölkədə məhz bu sahədə hər hansı bir qanunsuz iş olmamalı idi. Lakin yenədə vətəndaş deyil, ƏƏSMN-nin bəzi “kadrlarının” hesabladıqları oldu.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edildi.

Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb. Əslində bütün problemlərin kökündə də məhz bu amil durdu.
Ümidvarıq ki, gənc nazirin gənc mətbuat katibi Fazil Talıblı II qrup əlil Mütəllim Əliyevin pensiyadan məhrum edilməsi məsələsinin həlli üçün çırmanacaq…/Anaxeber.info

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik əlillərin pensiyasını yarıbayarı kəsdi

    Nazirlik əlillərin pensiyasını yarıbayarı kəsdi ...

    6-12-2016, 00:07

  • 
  • Nazirlik əlillərin pensiyasını yarıbayarı kəsdi

    Nazirlik əlillərin pensiyasını yarıbayarı kəsdi ...

    1-12-2016, 19:01

  • 
  • Səlim Müslümovun həbsi yaxınlaşır - "O zənn edir ki, Eldar Mahmudova dəymədilər, ona da dəyməyəcəklər"

    Səlim Müslümovun həbsi yaxınlaşır - "O zənn ...

    2-06-2018, 11:17

  • 
  • Səlim Müslümovun adamlarından yeni maxinasiyalar

    Səlim Müslümovun adamlarından yeni maxinasiyalar ...

    27-11-2013, 16:28

  • 
  • “Prezident deyir ki, məmurlar xalqa xidmət etməlidir, amma onlar bizə zülm edirlər” – İKİNCİ QRUP ƏLİL ÇARƏSİZ VƏZİYYƏTDƏ

    “Prezident deyir ki, məmurlar xalqa xidmət ...

    27-07-2018, 16:09


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu