Qubadlı batalyonunun keçmiş komandiri Aydın Şükür rejimə qarşı sərt çıxış edib. Sabiq hərbiçinin çıxışını oxucularımıza təqdim edirik: ''Mübarizə işi, bu rejim durduqca davam edəcək.
Deputatı deyir, Azərbaycanın 27 illik müstəqilliyi dövründə, yalnız Gömrük Komitəsi vasitəsilə 27 milyard manat oğurlanıb, hüquq mühafizə orqanları susur. (ermənistanın 9 illik dövlət büdcəsi qədər.) Oğurlanan 27 milyardın hara getdiyini də hörmətli deputat Vahid Əhmədov açıqlasaya bilsəydi yaxşı olardı. Ama edə bilməz, buna tək-tək adamların gücü yetməz də...
27 ildir xalqdan oğurlanan milyardları, xalqın özü tələb etməyi bacarmalıdır və bir daha ona, onun ləyaqətinə əl uzadanlara bir xalq olaraq imkan verməməlidir. Hər bir vətəndaş bilməlidir, özündə güc tapıb əmin olmalıdır, idrak etməlidir ki, onun vətən-dövlət adlanan ümumi evindən oğurluq edənlər var və oğurlanan da onun mülküdür, sərvətidir. Vətəndaş, vətənin keşikçisi olmazsa, vətən olmaz. Vətəndaşıqsa, keşiyini çəkib, namusunu qorumalı olduğumuz vətənimizə nəzarət etmək üçün, ona əl uzadanların əllərini kəsmək üçün, xalq olaraq YOLdaşlıq, qardaşlıq, sirdaşlıq, silahdaşlıq, dostluq edərək yürüməliyik. Bizim, bizdən başqa heç kimimiz yox. Hamı üçün yaxşı olmasını istəməsək, heç kim üçün yaxşı olmayacaq. Uca Yaradan və Azərbaycan xalqı.
Rejimlər xalqların istəyinə uyğun dəyişmirsə, dəyişən rejimlərin öz xalqlarına xidmət etməyəcəkləri bəlli olur. Varlı, rahat, firavan, ləyaqətli həyat tərzi olan, oğru, yalançı, rüşvət, korrupsiya olmayan bir cəmiyyət, sərhədlərində təhlükə olmayan, hər bir vətəndaşına qarşı bərabər məsafədə dayanan hüquqi dövlət istəməyi xalq olaraq bacarmalıyıq və inanıram ki, xalqımız bacaracaq.''
Sorğu
Yeni dizaynımız necədir?