Bu günlərdə 27 milyon manatlıq büdcə oğurluğunda ittiham olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin sabiq rəisi Aydın Bəşirovun oğlu hər kəsi heyrətləndirib. Belə ki, sabiq idarə rəisinin oğlunun ilginc fotoları yayıldı.
Əslində bu fotolarda qeyri-adi heç nə yoxdur. Adamdır də… o da hamı kimi ov həvəskarı ola bilər. O da hamı kimi bir ceyranı gözündən vura bilər. Amma…
Amması odur ki, əslində bahalı əyləncələrdən hesab olunan bu ov mərasimi Azərbaycanın dənizçilik sektorundan Aydın Bəşirov tərəfindən oğurlanan pullar hesabına ərsəyə gəlib. Bax, buna görə də hər birimiz üçün Aydın Bəşirovun ov əyləncəsi, bu əyləncəyə sərf etdiyi pullar, bu əyləncədən çiynində silahı ilə bərabər, vurduğu ovu ilə yanaşı çəkdirdiyi fotolar olduqca maraqlıdır.
Bəli, həmin pullar bizdən oğurlanan pullardır ki, bu günlərdə böyük rezonansa nədən olmuşdu. Doğrudur, bu barədə mətbuata açıqlama verən Aydın Bəşirovun özü sanki qeyri-adi nəsə eşidmiş kimi «axı mən 27 milyonu necə silə bilərəm» kimi bir etirazda da bulunmuşdu. Amma hər kəs yaxşı bilir ki, Aydın Bəşirov ən ucuzunun qiyməti 1 milyon 200 min dollar olan yaxtalarını da havadan əldə edə bilməzdi.
Bu barədə danışan sabiq məmurun özü yenə də bildirir ki, gəmiçilik idarəsinə rəhbər olmuş birisinin yaxtasının olması təbiidir. Təbiidir ey, cənab Bəşirov, amma təbii olmayanı odur ki, bir məmurun bir deyil, bir neçə yaxtası var və bu yaxtaların ümumi qiyməti 50 milyonun üzərindədir ki, buna hər birimiz heyrət edirik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?