“Space” televiziyasında axırıncı dəfə iyulun maaşı verilib.
Gundemxeber.Az AzEuroNews.com-a istinadla xəbər verir ki, jurnalist Famil Fərhadoğlu feysbuk səhifəsində problemi qeyd edib.
İşçilər əmək haqlarını tələb edirlər. Amma əvəzində operatorlardan biri maaşını istədiyinə görə işdən çıxarılıb. Radio işçilərindən biri – Ramil Nəcəfli isə yazıb ki, maydan maaş verilmir. Rəhbərlik problemi teleşirkətin büdcəsində pulun olmaması ilə əlaqələndirir. İşçilər yaranmış vəziyyətdən bezdiklərini, problem həll olunmasa, tezliklə işdənçıxmanın qaçılmaz olduğunu vurğulayıblar. Bir neçə ay əvvəl də telekanalda maaş problemi olduğunu yazmışdıq. Görünür ki, hələ də həllini tapmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?