GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 'Məni həbs etmək planı vardı, prezidentin razılığını ala bilmədilər'

'Məni həbs etmək planı vardı, prezidentin razılığını ala bilmədilər'

Tarix: 13-11-2018, 10:40 Bölmə :Cəmiyyət Baxış: 329
'Məni həbs etmək planı vardı, prezidentin razılığını ala bilmədilər'


Hüquqşünas Aslan İsmayılova iki il islah işləri və 1500 manat da cərimə cəzası istənilib. Noyabrın 12-də Binəqədi Rayon Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Prokuror deyib ki, Aslan İsmayılovun xuliqanlığı məhkəmədə sübuta yetirilib.

Dövlət ittihamçısının sözlərinə görə, Aslan İsmayılov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin onu təhqir etməsinə görə qaldırdığı iddia icraata götürülmədiyi üçün ötən il oktyabrın 2-də Binəqədi Rayon Məhkəməsində xuliqanlıq edib. İddia olunur ki, hakimin katibindən bu xəbəri eşidən hüquqşünas qapını çırpıb, çərçivəsini sındırıb, divarın suvağını töküb, hakimin və məhkəmə sədrinin ünvanına təhqiramiz ifadələr işlədib. Prokuror deyir ki, Aslan İsmayılovun xuliqanlığı nəticəsində dövlətə 130 manat ziyan dəyib: "Xahiş edirəm, məhkəmə onun ziyanı ödəməməsini, əməlindən peşman olmamasını da nəzərə alsın".

Prokuror bildirib ki, sırf xuliqanlıq əməlinə görə hüquqşünasa aylıq qazancının 20 faizi tutulmaqla, 1 il islah işləri cəzası istəyir. Ancaq ona Hafiz Hacıyev və işadamı Mürvət Həsənlinin iddiaları əsasında verilmiş islah işləri və pul cəzaları da var ki, ödənilməyib. Ona görə də, təklif edib ki, hər üç iş üzrə cəzalar birləşdirilsin və Aslan İsmayılov üzərində 2 il islah işləri ilə 1500 manat cərimə də saxlansın, 50 manatlıq ekspertiza xərci də ondan tutulsun.

Ardından Aslan İsmayılova son söz demək təklif olunsa da, təqsirləndirilən hüquqşünas vaxt istəyib: "Mənim çıxışım müdafiə yox, ittiham nitqi olacaq. Prokurorun belə saxta, heç nəyə əsaslanmayan çıxışından sonra son sözümü yazılı təqdim etmək qərarına gəldim. Çünki məhkəmənin çıxışımı saxtalaşdırmayacağına inamım yoxdur".

Hakim ona noyabrın 19-na qədər vaxt verib.

Aslan İsmayılov AzadlıqRadiosuna bildirib ki, əslində, onu həbs etmək planı vardı: "Mənim həbsim üçün prezidentin razılığını ala bilməyiblər".

Aslan İsmayılov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham olunur. Bu maddədə 1000 manatdan 3000 manatadək cərimə, 1 ilədək islah işləri və ya azadlığın məhdudlaşdırılması, yaxud da 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Mənim çıxışım müdafiə yox, ittiham nitqi olacaq. Prokurorun belə saxta, heç nəyə əsaslanmayan çıxışından sonra son sözümü yazılı təqdim etmək qərarına gəldim. Çünki məhkəmənin çıxışımı saxtalaşdırmayacağına inamım yoxdur.
Aslan İsmayılov
Lakin o, ittihamı qəbul etmir və ictimai fəaliyyətinə görə sifarişlə təqib olunduğunu bildirir. Məhkəmədə də deyib ki, özəlliklə Milli Onkologiya Mərkəzində korrupsiya halları barədə açıqlamalarından sonra təqiblər güclənib.

Bu cinayət işi ilə paralel Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında iki iddia qaldırılmışdı.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və "Xəmsə" şadlıq sarayının sahibi Mürvət Həsənli hüquqşünasın sosial şəbəkələrdə onları təhqir etdiyini, böhtan atdığını iddia edərək, onun cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin iddialar əsasında hüquqşünas məhkum edilib, ona pul cəriməsi və islah işləri cəzası kəsilib. Bakı Apellyasiya Məhkəməsi də qərarları qüvvədə saxlayıb./AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aslan İsmayılov barəsində hökm qüvvəyə mindi

    Aslan İsmayılov barəsində hökm qüvvəyə mindi ...

    27-09-2018, 19:47

  • 
  • Aslan İsmayılovu aparmaq üçün evinə polislər göndərildi

    Aslan İsmayılovu aparmaq üçün evinə polislər ...

    23-10-2018, 11:12

  • 
  • ​Məhkəmə Aslan İsmayılovu cərimələdi - Ona Bakını tərk etmək qadağan olundu

    ​Məhkəmə Aslan İsmayılovu cərimələdi - Ona Bakını ...

    4-07-2018, 19:46

  • 
  • Aslan İsmayılov məhkəmədə iştirakdan imtina edib [Video]

    Aslan İsmayılov məhkəmədə iştirakdan imtina edib ...

    10-08-2018, 16:30

  • 
  • Məhkəmə Aslan İsmayılovu islah işlərinə məhkum edib

    Məhkəmə Aslan İsmayılovu islah işlərinə məhkum ...

    31-07-2018, 22:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (372)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu