GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ARİF ALIŞANOVUN SAXTA ELMİ İŞİ HAQDA SENSASİON FAKTLAR

ARİF ALIŞANOVUN SAXTA ELMİ İŞİ HAQDA SENSASİON FAKTLAR

Tarix: 14-11-2018, 16:38 Bölmə :Cəmiyyət Baxış: 762
ARİF ALIŞANOVUN SAXTA ELMİ İŞİ HAQDA SENSASİON FAKTLAR


Nə vaxtdan miqrantın ailəsinə göndərdiyi aylıq qəpik-quruş investisiya sayılıb?

AzTv sədri müdafiə etdiyi qüsurlu elmi işi ilə nəinki özünü, həm də bir azərbaycanlı kimi ölkəmizi də biabır edib

Bu gün Azərbaycanın rəsmi dövlət siyasətinin ən təpəsində oturan Arif Alışanovun mühasibatlıqdan sosiologiyaya keçməsi günümzün əndrəbadi olaylarından biri kimi artıq tarixə düşüb. Belə ki, Alışanov sən demə həm də “Ulduz” kinosunun qəhrəmanlarından biri olan “Gülümsərov”un yolu ilə gedərək “həm də alim” titulunu qazanıb. Bizim onun şəxsi və fərdi işi ilə heç bir ilgimiz yoxdur. Hansı mövzular onun maraq dairəsindədir, nə kimi elmi əsərlərə meyllidir və ya başqa nəsnələrlə nələrə sahib olmaq iddiaları da umurumuzda deyil. Azərbaycan dövlətinin rəsmi tribunası olan AzTv kanalının rəhbəri kimi onun atdığı hər bir addımın ictimai xarakter daşıması deməkdir. Bu mənada alim kimi tanınması da ilginc olaylardan biridir.

AzTv-nin keçmiş şefi Elşad Quliyev Arif Alışanovu nə üçün ittiham edirdi?

Elşad Quliyev 1992-1996-cı illərdə AzTv-nin baş mühasibi kimi maliyyə pozuntularına görə Arif Alışanovun Bakı şəhər Prokurorluğu tərəfindən aparılan yoxlamalar əsasında ifşa olunduğunu elan edəndə çoxları bu faktı nədənsə qulaqardına vurdu. Özəlliklə də hakimiyyət rəsmiləri dövlət büdcəsini talayan və maliyyə fırıldaqlarında adı hallanan biri ilə bağlı ciddi ölçülər götürülməliydi. Çünki, maliyyə nazirliyi və prokurorluğun birgə araşdırmaları nəticəsində əməlində cinayət tərkibi olan xeyli pozuntular aşkarlamışdılar. Son zamanlar Arif Alışanovun ofşor zonalara şübhəli tərzdə pul köçürmələri, 6 milyon dəyərində torpaq alveri, bəzi qətl olaylarında suçlu bilinməsi ilə bağlı çox ilginc faktlar ortaya çıxıb. Bu barədə ölkə KİV-lərində çoxsaylı məqalələr yazılıb. Bütün bunlar Arif Alışanov tərəfindən nədənsə inkar edilməmiş və təkziblər verilməmişdir. Mərhum Elşad Quliyev peşəkar televiziya siyasətinin ən mükəmməl şəkildə bilən kadr idi. Onun Arif Alışanovu tənqid etməklə yanaşı, əməllərində hansı cinayətlərin olduğunu, AzTV-nin gələcəyinin hansı səmtə sürüklənəcəyi ehtimalları irəli sürmüşdü. Sanki, həyəcan təbili çalaraq, uzaqgörənliklə fəryad edirdi. AzTv-nin xalqın gəlir vergisi sayəsində maliyyə aldığına görə istədiyimiz zaman yalnış əməllərini tənqid etmək hüququ ilə davranışlar nümayiş etdirmədikcə, belə əndrabadi efir siyasəti də dəvam edəcək. Arif Alışanovun AzTv-yə sədr təyinatından sonra, cəmiyyətin problemlərinin mütəxəssislər tərəfindən müzakirəyə çıxarıldığını görmədik. Alternativ düşüncənin tv kanalın vasitəsilə cəmiyyətə təqdim olunmaması isə, sanki keçmiş totalitar Sovetlər Birliyi dönəmindəki yasaqlar burulğanında it-bata düşüb. Mərhum Elşad Quliyev sadəcə Arif Alışanovu maliyyə fırıldaqlarına görə deyil, həm də efir siyasətinin yarıtmaz olduğunu da xüsusi şəkildə vurğulayırdı. Bütün bunlarla yanaşı, son bir ildə Arif Alışanovun biznes ortağı, keçmiş ailə dostu Şücayət Əkbərov məhkəmə prosesində onu dövlətin pullarını oğurlamaqda və bir gənc qızı qətlə yetirməkdə açıq şəkildə ittiham etdi. Arif Alışanov isə heç bir təkzib vermədi.

Kadr siyasətimizin AzTv aynası

Bu gün xalqın gəlir vergisi sayəsində AzTv kanalının yaşaması o demək deyil ki, Arif Alışanov özünün biznes imperiyasını çiçəkləndirməklə məşğul olsun. Azərbaycan bir dövlət olaraq, son illərdə dövlətin və xalqın pulu ilə oliqarxa çevrilmiş çox məmurların aqibətinin canlı şahididir. Eldar Mahmudov (MTN naziri), Ziya Məmmədov (nəqliyyat naziri), Əvəz Ələkbərov (maliyyə naziri), Fazil Məmmədov (vergilər naziri), Cahangir Hacıyev (Beynəlxalq Bankın keçmiş sədri), Səlim Müslümov (əmək və əhalinin sosial müdafiəsi naziri), Əli Abbasov (rabitə və yüksək texnologiyalar naziri) və digər iriçəkili məmurların acınacaqlı taleyi hər kəsə bəllidir.
Müasir jurnalistika əsasən futurologiya elmi sayəsində inkişaf edir. Bunun fəlsəfi və ictimai baxımdan sinergetik strukturlaşmasının mahiyyətini bilməyən birisinin AzTv kimi ciddi qurumda rəhbərlik etməsi tamamilə yanlış addımdır. Bəli o da bir həqiqətdir ki, tv kanallarda texnokrat məmurlar deyil, menecer-texnokratlar təmsil olunmalıdır. Ömrü boyu menecer fəlsəfəsini bilməyən birisini AzTv kimi ciddi quruma rəhbər qoymaq bu günümüzün ən acı gerçəklərindən biridir. AzTvnin efir siyasətini bəlirləyəcək kadrların çağımızın dinamizmini, onun estetik-bədii anlamını, fəlsəfi baxımdan dəyərlərini özündə ehtiva edəcək bir nəfər belə kadr yoxdur. Ona görə də ölkədə ən bəsit efir siyasəti məhz AzTvyə məxsusdur. Fikrimizcə, 2019-u AzTv də dönüş ili elan etmək lazımdır. Bunun üçün öncə mövcud redaksiyalarda redaktor, efir siyasəti, rejissor və operatorlar, ssenaristlər üzrə müsabiqələr keçirilməlidir. Yaşlı və gənc nəsli təmsil edənlər kanalın efirində xalqın gözü qarşısında öz proqramlarını və düşüncələrini hamı ilə paylaşmalıdır. Çünki AzTv xalqın dövlətə ödədiyi vergilərin sayəsində maliyyələşdirilir. Bununla yanaşı,indi hamı yaxşı dərk edir ki, virtual və vizual aləm istənilən cəmiyyətin düşüncə sisteminin bir parçasıdır. Bu gün insanların çoxu virtual aləmdə daha çox gerçəkləri əldə edə bilir, nəinki vizual aləmdə. Bunun əsil səbəbi vizual aləmin monopolist düşüncə sisteminin bir parçası olmasıdır. Efir siyasətini düzgün qurulmayanda ona inam da yoxa çıxır. Arif Alışanovun bu incəliklərdən xəbəri olmadığı üçün, AzTv bürokratiyanın girovuna çevrilib.

Azərbaycan elminə güvənsizlik və Arif Alışanov

Ölkədə elmi əsərlər yazaraq müdafiə üçün Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası mövcuddur. Demokratik təsisatlarımızdan biri də bu dövlət qurumudur. Uzun illər apardığımız müşahidələr əsasında onu qeyd etmək lazımdır ki, ölkədə ən demokratik dövlət qurumu Ali Attestasiya Komissiyasıdır. Bu quruma dünya şöhrətli akademik Azad Mirzəcanzadə, görkəmli alim, akademik Arif Mehdiyev, “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” üzrə nüfuzlu alim Famil Mustafayev rəhbərlik ediblər. Arif Alışanov isə, bu ciddi elmi mərkəzə etibar etməyərək üzünü Rusiyaya tutmuş və orada rus dilində namizədlik işini müdafiə edib. Dövlət dilimizin qayğısına ən çox qalmalı olan AzTv sədrinin nə üçün Moskvaya üz tutmasının sirrini sadəcə özü bilir. Onu yaxından tanıyanlar qeyd edirlər ki, rus dilini qrammatik baxımdan bərbad şəkildə bilən Alışanov elə bu dildə elmi iş müdafiə edib. O, 2004-cü ildə Moskvada Rusiya Elmlər Akademiyasının Sosial-Siyasi Tədqiqatlar institutunda dissertasiya müdafiə edib. Dissertasiyanın mövzusu ilgincdir: “Azərbaycan və Rusiyanın miqrasiya əlaqələri”. Bu dissertasiya ilə bağlı ölkə KİV-lərində yayılan informasiyaların heç birinə reaksiya verilməməsi, ciddi xarakter daşıyan ittihamların təkzib olunmaması və Arif Alışanovun alimliyinə şübhə toxumlarının səpilməsi deməkdir. Çünki onun elmi işinin avtorefaratında qeyd olunan qüsurlar isə bağışlanılmazdır. Həm də Azərbaycan dövlətini gülünc yerinə qoymaqdır.
Avtoreferatın 8-ci səhifəsində belə qeyd olunur: “Miqrasiyaya təsir edən faktorlara çox vaxt sosial xarakterli tələbatların ödənilməsi ilə müəyyənləşən yaşayış səviyyəsi, əmək bazarında vəziyyət, boş iş yerlərinin olması kimi iqtisadi amillər təsir edir. Qalan digər amillər yardımçıdır və onlar iqtisadi amillə nisbətdə götürülür”. Bu fikrdə yer alan qüsur ondan ibarətdir ki, “dissertasiya” 2004-cü ildə yazılıb. Postsovet ölkələrində baş verən sosial-iqtisadi durum, etnik zəmində baş verən konfliktlər və sair problemlərə görə miqrasiya halları güclənmişdir. Buna ölkələrarası inteqrasiya adının verilməsi tamamilə gülüncdür. Arif Alışanovun əslən Qubadlı rayonundan olması və rayonun erməni işğalı səbəbindən 29 min 903 nəfərin indiyə kimi doğma torpaqlarından didərgin düşməsi faktı önə çəkilməli idi. Ancaq bu əlahəzrət fakt Alışanovun elmi əsərində qeyd olunmayıb. Bu dissertasiyada cəmi bircə dəfə müəllif “Qarabağ” konfliktinə toxunub. Ancaq, konfliktin mahiyyəti, ermənilərin işğalçılıq siyasəti və bir milyondan çox insanın məcburi miqrasiya həyat tərzini yaşamalarına əsla toxunulmayıb. Bu dissertasiyada yer alan fikirlər sanki azərbaycanlı olmayan birisi tərəfindən yazılıbdır. Çünki, Qarabağ məsələsi “mübahisəli” fikir kimi ortaya qoyulubdur.

“Mühasibatlıq”dan “sosiologiya”ya üz tutmanın səbəbi[b][/b]

AzTv-nin sədri Arif Alışanov ixtisasca mühasibdir. O, elmə olan həvəsini mühasibatlıq və onun problemləri, inkişaf yolları, bu sahədə çalışanların hüquqlarının qorunması kimi mövzulara həsr etsəydi, dünyada bir ilk olaraq imzası ilə daha da məşhurlaşa bilərdi. Ancaq, müdafiə etdiyi qüsurlu elmi işi ilə nəinki özünü, həm də bir azərbaycanlı kimi ölkəmizi də biabır edib. Onun elmi işində yer alan və hamımızın əsas dərdi Qarabağla bağlı görün nə yazır: “80-ci illərdə Azərbaycanda miqrasiya proseslərinin xüsusiyyətləri o dövrdə meydana gəlmiş etnik kütlələrin qarşılıqlı köçürülməsinə səbəb olan Dağlıq Qarabağın statusu məsələsinə dair konfliktlə əlaqədardır” (səh.12). Sanki, bu elmi işin müəllifi Afrikada yaşayıb. Azərbaycan adlı ölkənin dərdlərindən, Qarabağın tarixindən xəbərsiz birisidir. Dissertasiyanın qüsurlarından biri də guya Azərbaycanda yaşayan ruslar üçün dövlət müstəqilliyi dönəmində çoxsaylı problemlər yaranıb və buna görə də onlar məcburi miqrasiyaya üz tutublar: “1997-ci ildə Azərbaycandan Rusiyaya məcburi miqrasiya ən yüksək həddə çatdı və bütün Zaqafqaziyada ümumi miqrasiya axının 46%-ini təşkil etdi”(səh.19). Arif Alışanov bunca yalnış informasiyaları elmi işində belə davam etdirir: “Təxmini məlumatlara görə 1999-cu ildən sonra azərbaycanlı miqrantlar hər ay orta hesabla vətənə 200 dollar göndərirdilər ki, bu da təqribən 1,5 milyard dollar təşkil edirdi. Bu məbləğ vətəndə işləyən azərbaycanlıların ümumi qazancının 60%-ini təşkil edir. Rusiya mütəxəssislərinin hesablamalarına görə, 1996-1998-ci illərdə Rusiyadan Azərbaycana 2,5 milyard dollara qədər gəlir gəlirdi, bu isə Azərbaycan iqtisadiyyatına xarici kapital qoyuluşundan 2,5 dəfə çox idi. Bu yolla, Azərbaycan əhalisinin Rusiyaya müvəqqəti əmək miqrasiyası ev təsərrüfatı büdcəsinin formalaşması, müvafiq olaraq, milli iqtisadiyyata investisiya qoyuluşunun mühüm mənbələrindən biridir”(səh.24).
Vay bəəə…. Nə vaxtdan miqrantın ailəsinə göndərdiyi aylıq qəpik-quruş investisiya sayılıb? Halbuki, azərbaycanlılar Rusiyaya miqrasiya etməklə bu ölkənin iqtisadiyyatına dişi və dırnağı ilə milyardlar qazandırıblar. Kasıb ailələrin evlərini, dükan-bazarı icarəyə götürən, gecə-gündüz bilməyən soydaşlarımız Rusiyanın inkişafı üçün canlarını qoyublar. Bolluq yaradıblar. Ancaq bununla yanaşı, həm də Rusiyadan daim həqarət görüblər. “Skinxedlər”in, “kriminal aləm”in ən çox təziyqlərinə də məruz qalan bizim soydaşlarımız olublar.
Biz Arif Alışanovun dissertasiyasındakı bəzi qüsurları xatırlatdıq. Həm də necə bir elmi iş yazdığının şahidi olduq. Belə çıxır ki, ölkəmizin və qürbətdə yaşayan soydaşlarımızın aqibətindən Arif Alışanovun heç bir bilgisi yoxdur. Ailəsinə bəzən aylarla pul göndərə bilməyənlərdən niyə yazımır? Son illərdə Rusiyada bir neçə dəfə inflyasiyalar olub və bu prosesdə soydaşlarımızın çoxu hətta müflis olma həddinə çatıblar. “Əmək miqrantları” dedikdə onları buna məcbur edən səbəblər də göstərilməlidir. AzTv-dəki tanışlarımdan hər dəfə maaşlarının nə qədər olduğunu soruşduqda onların aciz duruma düşdüklərinin dəfələrlə şahidi olmuşam. Vətəndaşlarımız bax buna görə əmək miqrantı kimi ölkəni tərk edirlər. Böyük bir istehsalatın rəhbəri olan, həm də mühasibət işlərini bilən Alışanov elmi işində bunlara toxunmalıydı. Sosioloji cəhətdən təhlilini verməliydi. Bütün bunlar onun elmi işində yox kimidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arif Alışanov çətin durumda

    Arif Alışanov çətin durumda ...

    19-02-2013, 11:10

  • 
  • "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir"

    "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin ...

    23-02-2016, 16:40

  • 
  • Arıf Alışanovun fəaliyyəti nəzarətə götürülür - Korrupsiya ittihamı

    Arıf Alışanovun fəaliyyəti nəzarətə götürülür - ...

    16-03-2017, 22:02

  • 
  • ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ

    ARİF ALIŞANOVUN BAHALI MALİKANƏLƏRİ ...

    14-04-2016, 15:22

  • 
  • Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb?

    Eldar Mahmudov Arif Alışanovu necə tələyə salıb? ...

    16-11-2015, 12:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu