Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu vəzifəsini itirib
GundemXeber.Az bildirir ki, başçının oğlu Ənvər Vəliyev Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu rayon şöbəsinin rəis müavini idi. Bir neçə gün əvvəl DTX rəisi Mədət Quliyev onu tutduğu vəzifəsindən azad edərək sərəncama götürüb.
A.Vəliyevin də yaxın günlərdə vəzifəsini itirəcəyi ilə bağlı iddialar da var.
Başçının köməkçisi Müslüm Mahmudov Criminal.az saytına bildirdi ki, bu haqda hər hansı məlumatı yoxdur.
Xatırladaq ki, A.Vəliyev "Volkswagen", "Audi", "Seat", "Porsche" avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Bundan başqa, A.Vəliyevin Sabunçu ərazisində ticarət obyektləri, çoxmərtəbəli binalarının olduğu barədə mətbuatda məlumatlar yer alıb./Criminal.az
Sorğu
Yeni dizaynımız necədir?