GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Adil Vəliyevin “Sabunçu dünyası”ndan seçmələr: biznes və tikinti maqnatı

Adil Vəliyevin “Sabunçu dünyası”ndan seçmələr: biznes və tikinti maqnatı

Tarix: 16-01-2018, 15:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 598
Adil Vəliyevin “Sabunçu dünyası”ndan seçmələr: biznes və tikinti maqnatı


Azərbaycanda qanunla qadağan olunmasına baxmayaraq məmurların biznes və kommersiya obyektlərinə sahib olduqları heç kimə sirr deyil. Bu sırada icra başçılarının da adlarını vurğulamaq olar. Hazırda Bakı rayonlarının icra başçılarından hansınınsa restorana, şirkətə, böyük ticarət mərkəzlərinə malik olmadıqlarını təsəvvür etmək mümkün deyil. Düzdür, sənəd üzərində onlara məxsus heç bir əmlak yoxdur. Ancaq bu, məlum, həm də çox köhnə variantdər. Azərbaycan o qədər də böyük ölkə olmadığından hər kəsin hər şeydən xəbəri var. Bu yazımızda 2012-ci ilin aprel ayında Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Adil Vəliyevdən bəhs edəcəyik.

Məlumat üçün bildirək ki, Adil Vəliyev 1960-cı il aprelin 20-də Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.
1990-1992-ci illərdə Nərimanov rayon İcra Hakimiyyətində şöbə müdiri və rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 1992-1996-cı illərdə Bakı şəhər İcra Hakimiyyətində şöbə müdiri olub. 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyində rəis müavini vəzifəsində işləyib. 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Eurostyle” LTD şirkətində çalışıb. Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

Adil Vəliyevin biznes dünyası

Adil Vəliyev Sabunçu rayonuna icra başçısı vəzifəsinə gətirilməzdən öncə sonralar onun birinci müavini olan və vəzifədən alınan Şakir Alıyevlə birlikdə şərikli biznes fəaliyyəti ilə məşğul olub. O, “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdə rəsmi dileri olub və bu, indi də davam edir. İcra başçısının Azərbaycanda böyük tikililəri, mağazaları, şadlıq evlərinin olduğu bildirilir. Adil Vəliyev icra başçısı təyin olunandan bir müddət sonra Bakıxanov qəsəbəsində, dəmir yolu stansiyasının yaxınlığında «AQAT» şadlıq sarayını tikdirdi. Bu şadlıq evi dəmir yolunun təhkim zolağında yerləşir. Bundan başqa, rayon ərazisində bir neçə göydələn inşa etdirdi. Həmin binalar üçün lazım olan plastik qapı-pəncərə Adil Vəliyevin Sabunçu qəsəbəsində yerləşən böyük sexində hazırlanır. Həmin sex Adil müəllim başçı təyin olunandan sonra fəaliyyətə başlayıb. Uzun müddət aktiv biznes fəaliyyəti ilə məşğul olmuş icra başçısı vəzifəyə təyin olunandan sonra da bu işlərindən əl çəkməyib və kapitalını xeyri artırıb. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalardan əldə etdiyimiz məlumatlarda deyilir ki, rayon ərazisindəki torpaq satışından son üç il ərzində külli miqdarda gəlir əldə edilib: “Adil Vəliyev icra başçısı keçəndən sonra rayonun bütün qəsəbələrində ticarət obyektlərinin və fərdi yaşayış sahələrinin sayı artdı. Araşdırma aparılsa, həmin tikililərin əksəriyyətinin sənədinin qanunsuz olduğu üzə çıxar. İcra başçısına yaxın adamlar iddia edirlər ki, o “Sarı gəlin” şadlıq sarayını və digər obyektlərinin bir neçəsini satıb. Məmur belə fəndlərdən istifadə etməklə diqqəti özündən yayındırmağa çalışır. Hazırda “Sarı gəlin” şadlıq sarayı icra başçısına yaxın şəxslərdən biri tərəfindən idarə olunur. Bir ara, belə məlumat yayılmışdı ki, guya icra başçısı Sabunçu rayonunun qəsəbələrini öz pulu hesabına abadlaşdırır. Sonradan bunun da yalan olduğu üzə çıxdı. İcra başçısı hazırda rayon ərazisində bir neçə iri tikinti layihəsi həyata keçirir. “Bakıxanov Rezidens”in ona məxsus olduğu deyilir”.

İcra başçısı köməkçisinin müəmmalı açıqlaması

İcra başçısının biznes fəaliyyəti ilə bağlı onun köməkçisi Müslüm Mahmudov mediaya rəsmi açıqlama verib və deyilənlərin reallığı əks etdirdiyini bildirib: “Doğrudur, Adil Vəliyevin icra başçısı təyin olunmazdan əvvəl həqiqətən də “Sarı gəlin” şadlıq sarayı olub. 3 il əvvəl icra başçısı təyin olunan zaman Adil müəllim şadlıq sarayını satıb. Amma Şakir Alıyevlə ortaq olmayıb. Şakir Alıyev “Sarı gəlin” şadlıq sarayının direktoru vəzifəsini icra edib. Hazırda isə rəsmi olaraq Adil Vəliyevə məxsus şadlıq sarayı yoxdur. Bəli, Adil müəllim “Volkswagen”, “Audi”, “Seat”, “Porsche” avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Sadəcə vəzifədə olduğundan bu işlərlə oğlu Ənvər Vəliyev məşğul olur. İcra başçısı şəxsən bizneslə məşğul deyil”. İcra başçısının köməkçisi guya bu açıqlaması ilə başçını müdafiə edib. Əslində, o özü dolayısı ilə rayon rəhbərinin biznes layihələrində indi də yaxından iştirak etdiyini təsdiq etmiş olub. Özəl mənbələrdən əldə etdiyimiz məlumatlarda bildirilir ki, Ənvər Vəliyevin biznes obyektlərinə rəhbərliyi sadəcə olaraq formal xarakter daşıyır: “İcra başçısı sərəncamındakı bütün ticarət obyektlərinə, avtomobil satışı mərkəzlərinə şəxsən özü nəzarət edir. Hətta maliyyə məsələlərini də birbaşa özü həyata keçirir.

Biznesin başında duran qalmaqallı oğul

Yeri gəlmişkən, elə buradaca, cumhuriyyet.az olaraq bildirək ki, köməkçinin açıqlamada adını çəkdiyi Adil Vəliyevin oğlu Ənvər Vəliyevlə bağlı da maraqlı məlumatlar var. Bununla bağlı mediada irəli sürülən iddianı olduğu kimi diqqətinizə çatdırırıq: “Mənbə iddia edir ki, hazırda atasının biznes imperiyasını idarə edən Ənvər Vəliyev vaxtının böyük hissəsini Bakıdakı bahalı əyləncə məkanlarında keçirir: «Deyilənlərə görə, icra başçısının oğlu qlamur həyat tərzi keçirir. Belə ki, paytaxtın ən bahalı əyləncə mərkəzlərinin daimi müştərisi olan Ənvər Vəliyevin xarici ölkələrə də tez-tez səyahətə getdiyi bildirilir. Məsələnin ən maraqlı tərəfi ondadır ki, Adil Vəliyevin oğlu bir müddət əvvəl güclü «razborka»da iştirak edib və həmin söhbətdə odlu silahdan atəş açılıb. Bildirilir ki, bu məsələdə oğlunun adının hallandığını görən və Ənvər Vəliyevin həbs təhlükəsilə üzləşə biləcəyini yəqin edən Adil Vəliyev əlaqələrini işə salaraq çətin də olsa oğlunu təhlükədən xilas etməyi bacarıb. Deyilənlərə görə, Sabunçu rayon icra başçısı bu işə görə hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxslərdən birinə minnətçi düşüb. Həmin şəxs isə öz növbəsində, edilən xahişi cavabsız qoymayıb. Əks halda, Adil Vəliyevin oğlu bu gün əməlinə görə qanun qarşısında cavab verməli idi…”

Sabunçu rayon icra hakimiyyətində “şəhərsalma və tikinti” qaydaları

İcra hakimiyyətlərinin özbaşınalığı o həddə çatıb ki, vətəndaşlardan öz evlərində yer belləməyə, yatıb-durmağa da icazə(oxu:rüşvət) tələb olunur. Belə çıxır, ölkədə icra hakimiyyətinin başında dayanan Prezidentin fərmanlarından,imzaladığı qanunlardan,verdiyi tapşırıqlardan onun tabeçiliyində olan məmurlar soraqsızdır.Odur ki,icra hakimiyyətinin ” icazədar”larına ölkə prezidentinin 1 saylı sözünü xatırladırıq : “Bizim başlıca vəzifəmiz xalqa xidmət etməkdir və xalqın 1 saylı xidmətçi özüməm”.
Sabunçu rayonunda icra reketləri tikintiyə icazə alınmasını tələb edirlər. Ölkə prezidentinin imzaladığı “Şəhərsalma və tikinti məcəlləsi”nin 79 (Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) və 80 (Məlumatlandırma icraatı) maddələrində isə yazılıb ki,hündürlüyü 12 metrdən yuxarı olmayan tikililərə icazə tələb olunmur.Sabunçu RİH isə vətəndaşdan öz bağında ayaqyolu tikməyə də rüşvət tələb edir ki,icazə yoxdur.Belə icazə-rüşvət qaydaları bütün icra hakimiyyətlərində hökm sürür./cumhuriyyet
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabunçu rayon icra başçısının oğlu silahlı “razborka”da: Adil Vəliyev minnətçi düşdü

    Sabunçu rayon icra başçısının oğlu silahlı ...

    18-05-2016, 18:42

  • 
  • Sabunçunun icra başçısının adı 300 minlik qalmaqalda

    Sabunçunun icra başçısının adı 300 minlik ...

    26-11-2013, 13:10

  • 
  • Adil Vəliyevin milyonlarla manatlıq maşın kolleksiyası - FOTOLAR, VİDEO

    Adil Vəliyevin milyonlarla manatlıq maşın ...

    5-10-2015, 21:45

  • 
  • Sabunçu şefi referendumdan “iki” aldı - Təfərrüat

    Sabunçu şefi referendumdan “iki” aldı - Təfərrüat ...

    11-10-2016, 14:38

  • 
  • İcra Hakimiyyəti “Razin tolkuçka”sı barədə göstəriş verdi

    İcra Hakimiyyəti “Razin tolkuçka”sı barədə ...

    24-02-2014, 15:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu