GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Axtarışda olan sabiq bankirdən şok açıqlamalar: "İsgəndər Xəlilova dedim, 5 milyonu qaytarmırlar, qəzəbləndi..."

Axtarışda olan sabiq bankirdən şok açıqlamalar: "İsgəndər Xəlilova dedim, 5 milyonu qaytarmırlar, qəzəbləndi..."

Tarix: 22-11-2018, 11:56 Bölmə :Cəmiyyət Baxış: 280
Axtarışda olan sabiq bankirdən şok açıqlamalar: "İsgəndər Xəlilova dedim, 5 milyonu qaytarmırlar, qəzəbləndi..."


2005-2011-ci illərdə Azərbaycanda Rusiya kapitallı “Nikoil” bankın idarə heyətinin sədri vəzifəsini tutmuş Vasiliy Xamaza, bu ölkənin mətbuatına Azərbaycanda işlədiyi illərdə qarşılaşdığı korrupsiya, rüşvətxorluq faktları ilə bağlı müsahibə verib.

V.Xamaza Azərbaycanda vəsaitlərin mənimsənləməsində ittiham edilib. Rusiyaya qayıtdıqdan sonra Azərbaycan tərəfi onu beynəlxalq axtarışa verib. Müsahibəsində V.Xamaza deyib ki, Azərbaycanda vəziyyətlə tanış olduqdan sonra, ona məlum olub ki, burada hər yerdə, hamıya rüşvət vermək lazımdır.

“Bütün səviyyələrdə münasibətlər belə qurulmuşdu. Büdcə təşkilatlarında çalışanlar maaşı zərflərdə alırdılar. Belə bir sistem hamı tərəfindən qəbul edilmişdi”.

V.Xamaza deyib ki, o, bir bank rəhbəri olaraq özündən yuxarıda dayananlara rüşvət verib.

“Biz rüşvət verməyə məcbur idik. Bütün böyük “ödəmələr” Müşahidə Şurasının sədri ilə razılaşdırılırdı. 50 min manatlıq rüşvət xırda pul sayılırdı. Misal kimi deyə bilərəm ki, məhkəmə prosesləri zamanı “ödənişlər” məcburi idi. Hətta haqlısansa, məhkəməyə qərar çıxarılması üçün ödəmək lazım idi. Hakimlərə pulu hüquqşünaslar aparırdı. Sonradan məhkəmə icraçılarına da rüşvət vermək lazım gəlirdi. Rüşvətin həcmi məhkəmədə udulan məbləğdən asılı olurdu. Əks halda bizim udduğumuz iddia əsasında məhkəmə icraçıları işə başlamırdılar. Ümumiyyətlə hər kəsə və hər şeyə görə rüşvət vermək lazım gəlirdi- icazə, lisenziya, yanğınsöndürənlər və sairə”.

Azərbaycanda bank sisteminin fəaliyyətinə toxunan V.Xamaza bildirib ki, banklar filiallarına hər bir verilən kreditin hansı hissəsinin rüşvət kimi geri alınması barədə göstəriş verirdilər. Özünün bu sistemi ləğv etdyini bildirən, V.Xamaza yuxarılara rüşvət üçün pulun bankın rəhbər şəxslərindən birinin adına yazdığını, sonradan isə hesabatlarda həmin məbləğin bankın zərəri kimi göstərdiklərini bildirib. Onun sözlərinə görə, rəhbərliyin bütün bunlardan xəbəri var idi. Konkret rüşvət hallarından danışan V.Xamaza bir hadisəni misal kimi göstərib.

“2007-ci ildə qonşu ölkələrin birinin Mərkəzi Bankından böyük həcmdə depozit ala bildik. Bu ölkə ilə bağlı siyasi vəziyyəti nəzərə alaraq, adıçəkilən əməliyyat üçün nəinki Azərbaycan Mərkəzi Bankından, hətta Milli Təhlükəsizlik Nazirliyindən də icazə aldıq. Bir ildən sonra depoziti faizlərlə qaytardıq. Bundan sonra Azərbaycan Mərkəzi Bankı bizi şiddətli tənqid etdi. Mərkəzi Banka məsələni araşdırmaq üçün getdikdə, orda mənə bildirdilər ki, mən həmin depozit məsələsində onların etimadını doğrultmamışam və kağızda onların “etimadının” hansı rəqəmlə ölçüldüyünü yazdılar. Məsələ ilə bağlı bizim bankın Müşahidə Şurasının sədrinin (həmin illərdə bu vəzifəni İsgəndər Xəlilov tutub –red ) yanına getdikdə, o mənə “hamı verir, sən də verməlisən” dedi”.

V.Xamaza qeyd edib ki, sonrakı illərdə vəziyyət dəyişməyə başladı və 2008-2009-cu illərdə ölkə rəhbərliyi anladı ki, rüşvətxorluq və korrupsiya Avropa dəyərlərinə uyğun deyil, Azərbaycanın Avropa məkanında müasir, mədəni dövlət kimi addımlamasına mane olur.

“Korrupsiya ilə mübarizə başladı, paketlər ləğv edildi, bir sıra funksionerlər vəzifələrini itirdilər. Bu mübarizə az qala faciəyə də çevriləcəkdi. Xüsusilə bu bank sektoruna aid idi. İstehlak kreditlərində iflic vəziyyət yarandı. Çünki rəsmi maaşlar əhalinin real gəlirlərindən dəfələrlə az idi. Zərflərdə maaşların verilməsi dayandırılanda, əhalinin rəsmi maaşla kreditləri ödəmək üçün vəsaitinin çatmadığı üzə çıxdı. Təxminən yarım ildən sonra köhnə vəziyyəti bərpa etdilər”.

V.Xamaza Azərbaycanda onun problemlərinin 2015-ci ildə, dünyada neft qiymətlərinin aşağı düşməsindən sonra başladığını deyib.

“Həmin an Azərbaycanda inflyasiya gözləntiləri başladı. Əmanətçilər banklara pulları geri götürmək üçün üz tutdular. Ölkədə korrupsiyaya bulaşmış yeddi bank müflis oldu. Amma biz işimizi davam etdirirdik. 2016-cı ilin fevralında səhmdarlar qarşısında hesabat verdim və məni təriflədilər. Elə buna görə də, Müşahidə Şurasının sədrinin mənə vəzifəmi tərk etmək barədə təklif verməsi, təəccüblü gəldi”.

Ona qarşı bankın irəli sürdüyü maliyyə tələblərindən danışan V.Xamaza bildirib ki, əsas səhmdarın (İsgəndər Xəlilov nəzərdə tutulur – red), səhmdarların toplantısında adıçəkilən hesabatdan sonra sualı onun başına gələnlərin başlanğıcını qoydu.

“O, məndən soruşdu ki, həll edə bilməyəcəyin problem var? Mən də dedim ki, bəli. Sizin dostunuz mənə beş ildir ki, 5 milyon dolları qaytarmır. O, bərk əsəbiləşdi, köməkçisinə dedi ki, məsələni onun yadına salsın. Yəqin o da, sonradan yadına salıb. İki gündən sonra həmin borcu olan şəxs mənə zəng vurdu və sözünün sonunda dedi ki, səni məhv edəcəm. Sonradan həmin şəxs Müşahidə Şurası ilə razılığa gəldi və Müşahidə Şurası məni çağırıb, vəzifədən getməyimi istədi. Mən də öz xahişimlə ərizə yazıb, getdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Nikoil Bank” cinayət işində yeni gəlişmə

    “Nikoil Bank” cinayət işində yeni gəlişmə ...

    31-10-2017, 22:00

  • 
  • Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov kimdir?

    Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov ...

    22-07-2015, 13:40

  • 
  • “Röyal Bank”ın baş direktoru beynəlxalq axtarışa verilib

    “Röyal Bank”ın baş direktoru beynəlxalq axtarışa ...

    9-12-2013, 12:00

  • 
  • Milyarderin Azərbaycandakı bankında yoxlamalar! — Palata “Nikoyl Bank”da nə axtarır?

    Milyarderin Azərbaycandakı bankında yoxlamalar! — ...

    11-11-2017, 18:18

  • 
  • Vahid Ələkbərovla İsgəndər Xəlilov Bakıya gəlib

    Vahid Ələkbərovla İsgəndər Xəlilov Bakıya gəlib ...

    26-11-2013, 13:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu