Noyabrın 21-də axşam saatlarında Moskva şəhərində güllələnən Toğrul Tağıyevlə bağlı məlumatlar getdikcə artır. Deyilənə görə, T.Tağıyevi öz yerliləri – Şəmkir rayonundan olan şəxslər öldürüb. Moskvadakı mənbələrə istinadla yazmışdıq ki, mərhum biznesmeni Həsən, Bek və Cəbi adlı əslən Şəmkirdən olan qardaşlarla aralarında ədavət yarandığı üçün aradan götürüblər.
Moskvadakı mənbələr saytımıza onu da bildirib ki, xeyli müddətdir T.Tağıyevlə qardaşların arasında əmlak və pul üstə qarşıdurma yaranıbmış. Mərhumun həyat yoldaşı Şəhla xanım Rusiya KİV-nə deyib ki, ərini onlara məxsus avtoyuma məntəqəsinə görə öldürüblər. Qadının sözlərinə görə, əri “avtomoyka” aldıqdan sonra təhdidlər alıb, hətta bu ilin martında M-4 şosesində maşınla gedərkən atəşə məruz qalaraq, ayağından yaralanıb. Lakin qadın ərinin qatillərinin adlarını çəkməyib.
Musavat.com qətldə və Toğrulla ədavətdə adı keçən üç qardaşdan birinin – Həsənin (Heydərov Həsən Əjdər oğlu) fotosunu əldə edib. Həmin fotonu təqdim edirik.
Xüsusi olaraq qeyd edirik ki, Həsənin bu qətldə iştirakçı olduğu iddia etmirik. Sadəcə bizə verilən qeyri-rəsmi məlumatlarda onun Toğrul Tağıyevin qətlində əsas şübhəli şəxs olduğu deyilir.
Bundan öncə də bildirmişdik ki, Həsənin və qardaşlarının (deyilənə görə, digər iki qardaş – Bek və Cəbi hazırda Rusiya Federasiyasında həbsdədirlər-red.) əsas himayəçiləri Sank-Peterburqda meyvə-tərəvəz bazarının əsas fiqurantlarından olan Şəmkir doğumlu biznesmenlərdir
Son anda aldığımız bilgilərə görə, Həsən Heydərov ötən həftə həmin biznesmenlərlə bir yerdə Sankt-Peterburqun dəbdəbəli restoranlarından birində yemək yeyib. Musavat.com bu qətlin sifarişinin həmin biznesmenlərdən gəlib-gəlmədiyi haqda hələlik hər hansı məlumata malik deyil.
Mövzunu diqqətdə saxlayacağıq.
Toğrul Tağıyevin gülləboran edilmiş maşınının videosunu təqdim edirik:
Sorğu
Yeni dizaynımız necədir?