Bakı şəhər sakini, 1985-cü il təvəllüdlü Gülmira Əbilova Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onunla eyni ünvanda müvəqqəti yaşayan, dayısı qızı, Rusiya vətəndaşı, 1998-ci il təvəllüdlü Ayza Şahin qızı Məmmədovanın noyabrın 22-də saat 08:00 radələrində oxuduğu Bakı Dövlət Universitetinə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, A. Məmmədova BDU-nun Jurnalistika fakültəsinin 3 kurs tələbəsidir. /open.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?