Hüquq müdafiəçisi Oktay Gülalıyev keçmiş siyasi məhbusun yenidən həbs olunmasını kəsgin tənqid edib. Beləliklə, Gülalıyevin öz facebook səhifəsində paylaşdığı statusu olduğu kimi çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq:
''Görün, bunlar ölkəmizi hansı vəziyyətə salıblar. Bu gün Prezident aparatının qabağında, ictimaiyyətin gözü qarşısında jurnalist Efqan Sadıqovu həyat yoldaşının yanında oğurlayıb naməlum istiqamətə aparıblar. Sonra da polisə müqavimət adı ilə 30 sutka inzibati həbs cəzası veriblər.
Efqan Sadıqov keçmiş siyasi məhbusdur. Həbsdən bu ilin may ayında çıxıb. Qaldığı yerdən fəaliyyətini davam etdirdiyinə görə dəfələrlə təhdid edilib. Bir neçə ay öncə "bandotdel" tərəfindən oğurlanaraq 30 sutka inzibati həbs cəzası aldı. Bu gün anaoloji hal yenidən təkrarlandı.
Əfqan bəy tənqidi çıxışlarına görə cəzalandırılır. Həm də jurnalist olaraq şəhid ailələrinin haqq səsini müdafiə edib ölkəyə yaydığına görə cəzalandırılır. Əfqan bəyin timsalında bu gün ölkədə haqq sözünün özü cəzalandırılır....
Gəlin, bu cür feodal cəzalandırma üsuluna susmayaq, Efqan Sadıqova dəstək olaq. Onun timsalında oğurlanıb, şərlənib həbs olunan bütün siyasi məhbuslara azadlıq tələb edək!''
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?