Bakıda dələduzluqda təqsirli bilinərək həbs edilən Günel Şıxıyevanın daha bir cinayət əməli üzə çıxıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzlu, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məlum olub ki, o, tanınmış həkim Qeys Əsədliyə qarşı dələduzluq edib. Cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim Bəxtiyar Məmmədovun icraatına verilib.
Məhkəmə iclasının vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, G.Şıxıyeva Sinqapura turizm səfəri təşkil etmək adı ilə vətəndaşları aldadaraq pul alıb. Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan G.Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Ondan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.
Səkkiz zərərçəkmişin şikayəti əsasında G.Şıxıyeva saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib, G.Şıxıyeva məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Q.Əsədli Milli Onkologiya Mərkəzində Baş-Boyun Cərrahiyyəsi Şöbəsində üz-çənə cərrahı kimi çalışır. Hadisəni törədən G.Şıxıyevanın atası uzun müddət prokurorluq sistemində çalışıb./Report
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?